Siyasət

Əli Kərimli: "İlham Əliyev klassik medianı məhv etdi, hədəfi onlayn mediadır"

12 İyul, 2021
680

Açıq mənbələrdən götürülüb

"Medianın müstəqil olmasının tərəfdarıyam. Media, təəssüf ki, Sovet psixologiyasından qurtulmayıb. Hələ də elə bilirlər ki, media təbliğat-təşviqat vasitəsidir".
 
Ümid Partiyasının sədri İqbal Ağazadə hazırlanan "Media haqqında" Qanundan danışarkən belə deyib.
 
İqbal Ağazadə: "Mətbuat partiyaların, hökumətin diqtəsi altında fəaliyyət göstərməməlidir"
 
Hazırlanmaqda olan “Media haqqında” Qanunun ilkin versiyasına görə, siyasi partiyaların və dini qurumların audioviziual media (televiziya kanalı), onlayn media orqanları və informasiya agentlikləri təsis etməsinə icazə verilməyəcək.

İqbal Ağazadə

Layihəyə əsasən, dövlət orqanlarının da çap mediası təsis etmək sahəsində hüquqları məhdudlaşdırılır, yalnız istisna hallarda müvafiq icazə alınmaqla, dövlət orqanı çap media orqanının təsisçisi ola biləcək.
 
Çap mediasının təsisi sahəsində məhdudiyyət qanunverici hakimiyyət (Milli Məclis) və məhkəmə hakimiyyətinə (Konstitusiya Məhkəməsi və Ali Məhkəmə) şamil edilmir.
 
Azərbaycan Respublikasının Konstutsiyasına görə, partiyaların özlərinin fəaliyyəti haqqında məlumat yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, kütləvi informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa kütləvi tədbirlər keçirmək hüququ var. Eyni zamanda, partiyaların mülkiyyətində torpaq, sənaye müəssisələri, istehsal birlikləri və kooperativlər ola bilməz, habelə partiyaların təsərrüfat və ya kommersiya fəaliyyəti ilə məşğul olmasına da icazə verilməyəcək.
 
Bəs dəyişikliklər ifadə azadlığına ziddirmi?
 
İqbal Ağazadə "Toplum TV"-yə deyib ki, media saytları biznes sektoruna aid olduğundan partiyaların bu işlə məşğul olması konstutsiyaya ziddir: "İnformasiyanı satmaqla buradan pul qazanılır. Siyasi partiyanın da hüquqi şəxs kimi qeydiyyatdan keçərkən götürdüyü belə bir öhdəliklər var. Bu öhdəlik onların kommersiya fəaliyyəti ilə məşğul olmasına icazə vermir. Sayt işlətmək informasiya sahəsində olsa belə, kommersiya ilə məşğul olmaq deməkdir. Bu mənada qanunun qəbul edilməsini doğru hesab edirəm. Düşünmürəm ki, bu ifadə azadlığının pozulmasıdır. Mətbuat partiyaların, dini təşkilatların, hətta hökumətin belə basqısı və diqtəsi altında fəaliyyət göstərməməlidir".

Əli Kərimli - Sosial Media

Əli Kərimli: "Yeni düzəltməyə çalışdıqları qanun azad fikrin yayılmasına mane olmaq məqsədini güdür"
 
"Biz media qurumu yaratmağa heç cəhd belə etməmişik", - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə deyir.
 
"Biz mövqeyimizi müstəqil media və sosial şəbəkələr vasitəsi ilə dünyaya çatdırırıq. İndiyə qədər informasiya agentliyi, sayt təsis etməyə ehtiyac duymamışıq. Məxsusi olaraq partiyaya aid informasiya resursları yaratmaq keçmişdə qalıb. Artıq dünyada bunu etmirlər", - partiya sədri bildirib.
 
Ə.Kərimlinin sözlərinə görə, Azərbaycanda uzun illərdir ki, mətbuat dövlət səviyyəsində məhv edilib: "Faktiki klassik mətbuatı İlham Əliyev məhv etdiyindən beynalxalq təşkilatlar da onun adını azad mətbuatın düşməni kimi qeyd edirlər. Amma görünür ki, onun üçün bu da kifayət deyil, hədəf onlayn media, sosial şəbəkələrdir. Yeni düzəltməyə çalışdıqları bu qanun azad fikrin yayılmasına mane olmaq məqsədini güdür. Azərbaycan hakimiyyəti belə qanunlar çıxartmaqla uğur əldə edə bilməyək, azadlıq əleyhdarı olduğunu bütün dünyaya nümayiş etdirəcək".

Arif Hacılı

 Arif Hacılı: "Hakimiyyəti media üzərində profilaftik tədbirlər görür"
 
Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, Azərbaycan hakimiyyəti media üzərində profilaftik tədbirlər görür.
 
Onun sözlərinə görə, yeni qanun Müsavat üçün hansı əngəl yaratmayacaq: "Azərbaycan hakimiyyəti gələcəkdə belə imkanların qarşısını almaq üçün profilaktik tədbirlər görürür. Eyni zamanda, ölkədə avtoritarizmi möhkəmlətməyə yönəlmiş mürtəce qanunların qəbul edilməsi istiqamətində fəaliyyətini davam etdirir".
 
O hesab edir ki, qəbul ediləcək dəyikikliklər ölkədə demokratiya və azadlıqların sıxışdırılması istiqamətində atılan növbəti addımdır: "Azərbaycanda ümumi atmosfer elədir ki, nəinki müxalifət, hakimiyyət içində olan digər qüvvələrin də televiziya yaratmaq imkanı yoxdur. Bunun üçün Sara, ANS Televiziyalarının taleyini xatırlamaq kifayətdir. Yəni müxalifət üçün belə imkanlar yaradıla bilməz. Həmçinin televizya kanalı açmaq üçün maddi imkan da lazımdır. Ölkədə olan siyasi şəraitsə buna izn vermir. Müxalifət nümayəndələrinə ianə verən şəxslər də elə bu ittihamlarla həbs edilir".


 

Elçin Qasımlı - Sosial Media

Elçin Qasımlı: "Bu o deməkdir ki, heç bir işlə məşğul olmayın"
 
Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımlı deyir ki, dəyişikliklər ifadə azadlığına uyğun deyil: "Bildiyim qədəri ilə Konstutisiyada təmin edəcək maddələr var. Dini qurumların və siyasi partiyaların fəaliyyətinə kifayət qədər əngəllər var. Həmçinin ölkədə media azadlığı istənilən səviyyədə deyil, məhduddur. Bu qanunun qəbulunu da növbəti məhdudlaşdırıcı addım hesab etmək olar".
 
O deyir ki, 2015-ci ildə təşkilatları təsis olunanda qeydiyyatdan keçmək üçün müvafiq dövlət qurumlarına müraciət etsələr də, qeydiyyat məsələsində problem yaşayıblar. Nəticədə, bu mümkün olmayıb: "Hətta sonradan "Nardaran" hadisələrinin baş verməsi də bizim təşkilatın üzərinə hesablandı. Hərəkat xəbərlərini verdiyimiz saytlarasa sonra hücumlar olundu. İndiki "Feysbuk" səhifələrimiz də mütəmadi olaraq dağıdılır. Biz hələ də müstəqil şəkildə qeydiyyadan keçə bilməmişik, onda qala media agentliy təsis edək".

Xalid Ağalıyev 

Xalid Ağalıyev: "Əsas olan bilgiləri kimin yayması yox, doğru yaymasıdır"
 
Media eksperti Xalid Ağəli deyir ki, məsələyə siyasi partiyaların, dini birliklərin fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyiklə yanaşdıqda belə bir tənzimləmə daxili hüquqa uyğundur: "Digər qanunlarda belə oxşar məhdudiyyətlər nəzərdə tutulub. Eyni zamanda, Azərbaycanın qoşulduğu Avropa Konvensiyası da teleradio telziklərinin verilməsində dövlətlərə lisenziyalaşdırma kimi geniş sərbəstlik tanıyır".
 
"Burada əsas prioritet informasiyanı, bilgiləri kimin yayması yox, doğru yayması götürülməlidir. Konstitusion quruluş əleyhinə olan, şiddəti təşviq edən və s. ifadə azadlığı hüququnun sərhədlərini aşan məlumatlar var. Qanunvericilik belə bilgilərin yayılmasını onsuz da məhdudlaşdırır. İnformasiya əldə etmək, hazırlamaq, yaymaq hüququ hər kəsin haqqıdır. Məzmun ifadə azadlığı hüququ sərhədlərini aşmırsa, yaymaq üsullarına müdaxilə, məncə, ifadə azadlığına uyğun deyil", - ekspert belə deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo