Sosial Media
Bu gün, iyunun 22-də AXCP üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Səid Məmmədzadənin apelyasiya məhkəməsi keçirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Bu barədə Səid Məmmədzadənin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında deyib.
Vəkil bildirib ki, məhkəmədə Səid Məmmədzadə barəsində çıxarılan 3 il azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti olmaqla, azadlıqdan şərti məhrumetmə cəzası ilə əvəz olunub və o, azadlığa buraxılıb.
Qarışıq döyüş növləri üzrə Avropa çempionu, sosial şəbəkələrdə Səid Bakuvi kimi tanınan fəal Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, S.Məmmədzadə icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxsə bıçaqla xəsarət yetirib və onun avtomobilinə ziyan vurub.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?