Siyasət

Əliyev Makronun Ermənistanla sülh müqaviləsinə töhvə verməyini istəyir

14 İyul, 2022
170

Rəsmi səhifə

Azərbaycan Prezidenti İlham Əliyev fransız həmkarı Emmanuela Makrona məktub göndərib. 

Prezidentin rəsmi saytının məlumatına görə, Əliyev həmkarını Fransa Respublikasının milli bayramı münasibətilə təbrik edib. 

Məktubda iki ölkə arasındakı əməkdaşlıq imkanlarına vurğu edilib və yaxşı perspektivlərin olduğu bildirilib. Amma daha çox Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli üçün Fransanın verə biləcəyinə töhvələrə vurğu edilib. 

"Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaratmışdır. Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq.

İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə, bölgənin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalmaqdadır. 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxs mina hadisələri nəticəsində həlak olmuş və ya ağır xəsarət almışdır. Biz ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi töhfəni təqdir edir, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin lazımi dəstək göstərəcəyinə ümidvarıq", - deyə məktubda qeyd edilib. 

Siyasət

İlham Əliyev: “Qisas” əməliyyatı cəza tədbiri idi

12 Avqust 2022

Rəsmi səhifə

"Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyib.  "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama Prezident həmçinin bildirib ki, Azərbaycan...
Siyasət

Şəmkirdə əməliyyat, vəzifəli şəxs saxlanıldı

12 Avqust 2022

Rəsmi səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Bu barədə avqustun 12-də Baş Prokurorluqdan məlumat verilib.  Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparıldığı qeyd olunub.   

Seçilmiş Videolar

Toplum TV loqo