Belta
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Bakıda işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko arasındakı qeyri-rəsmi görüş beş saat çəkib.
Bu barədə “BelTA” məlumat yayıb.
“Aleksandr Lukaşenko Bakıya gəldikdən dərhal sonra azərbaycanlı həmkarı ilə görüşə gedib. Prezidentlər təxminən Bakı vaxtı ilə 19:00-da görüşüb, qeyri-rəsmi danışıqlar gecə yarısına qədər davam edib", - agentliyin xəbərində deyilir.
Bildirilir ki, liderlərin hansı məsələləri müzakirə etdikləri hələ məlum deyil. Ancaq bundan əvvəl, Lukaşenkonun mətbuat xidməti dövlət başçılarının Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini nəzərdən keçirəcəklərini bildirmişdi.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?