Siyasət

Əliyevin Dağlıq Qarabağda sülhlə bağlı fikirlərinə Ermənistandan reaksiya

14 Aprel, 2021
1701

President.az

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Azərbaycan prezidenti İlham Əliyevin ermənilər ilə azərbaycanlılar arasında düşmənçiliyin tezliklə başa çatması və Dağlıq Qarabağda sülhün bərqərar olmasına dair aprelin 13-də səsləndirdiyi fikirlərə reaksiya verib. 

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Nazaryan bildirib ki, Yerevan Bakının Qarabağ sakinlərinə qarşı siyasətini bağışlamayacaq "regionda faşizmə necə qalib gəlinəcəyini" göstərmək üçün özündə güc tapacaq. "Ermənilər öz torpaqlarında Əliyevin və onun irqçi-faşist sistemindən daha çox yaşayıblar və yaşayacaqlar", - Nazaryan deyib. O əlavə edib ki, Azərbaycan mütəmadi olaraq "müharibəni qızışdırır" və insanın insana nifrətini körükləyir, ona görə də bu cür siyasət və ideologiya "biabır olunmalıdır".

İlham Əliyev açıqlamasında Azərbaycanın Ermənistanla sərhəddə hərbi əməliyyat planları qurmadığını və ermənilərlə azərbaycanlıların Dağlıq Qarabağda "yan-yana yaşamaq üçün problem görməyəcəklərinə" ümid etdiyini demişdi: "Mən azərbaycanlılarla ermənilərin nəinki eyni regionda, hətta eyni kənddə yaşadıqları Gürcüstanı buna nümunə kimi dəfələrlə göstərmişəm".
 

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar