Siyasət

Ərdoğan Ermənistanın yeni hökumətinə uğurlar arzuladı  

30 Avqust, 2021
1012

AA

Ermənistanın barışdırıcı bəyanatları fonunda Türkiyə onunla münasibətlərini normallaşdırmağa hazırdır.  

​​RİA Novosti xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

“Mən Ermənistanın yeni hökumətinə uğurlar diləyirəm. Bizim regiona konstruktiv yanaşma lazımdır. Hətta fikir ayrılıqları varsa da, ərazi bütövlüyünə və suverenliyə hörmət əsasında münasibətləri inkişaf etdirmək lazımdır. Ermənistanın yeni hökuməti bu istiqamətdə getməyə hazır olduğunu bildirib, biz də Ermənistanla münasibətləri tədricən normallaşdıra bilərik”, - Ərdoğan avqustun 29-da Sarayevo səfərindən qayıdarkən türk jurnalistlərin suallarına cavab verərkən belə deyib. 

“Biz bu tarixi şansı dəyərləndirmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistandan ibarət “beşlər platforması”nın yaradılması gündəlikdə durur. Biz buraya Gürcüstanı da əlavə etməyi təklif edirik. Əgər bu baş verərsə, regionda xeyli daha sakitlik olar”, - deyə Türkiyə Prezidenti bildirib.  

Ermənistanın yeni hökumətinin beş illik fəaliyyət proqramında Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səylərin artırılması barədə müddəa var. 

Sənəddə bildirilir ki, bu, regionda sabitliyə, təhlükəsizliyə və intisadi inkişafa xidmət edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo