Siyasət

Ərdoğan Milli Məclisin tribunasından mesajlar verdi

16 İyun, 2021
943

Sosial Media

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.

APA-nın məlumatına görə, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

“Bu gün bəxtiyaram. Çünki Qarabağı azad etmiş can Azərbaycanın Milli Məclisində sizlərlə bərabərəm”, - Türkiyə lideri bildirib. 

Ərdoğanın sözlərinə görə, Qarabağın azad edilməsi Azərbaycanın 30 illik müstəqillik tarixinin ən önəmli hadisəsidir: “Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq”.

“Ötən 30 ildə Qarabağda yaşanan gərginlik dönəmində kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin uduzduğu aydın görünür. 30 ildir, mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın oldular. 30 il sonra bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu. Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub".

Türkiyə lideri milli birlik ruhunu ən yüksəyə daşıyan Azərbaycan xalqını təbrik etdiyini vurğulayıb: “Əlbəttə qəhrəmanca, gözünü qırpmadan mübarizə aparan Azərbaycan əsgərini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm”.

“Bütün dünya bilsin ki, Azərbaycanın yanındayıq, bundan sonra da yanında yer alacağıq”.

Türkiyə Prezidenti deyib ki, Əhməd Cavad azərbaycanlı gənclərlə Osmanlı ordusunda savaşıbsa, necə ki, Çanaqqalada azərbaycanlı qardaşlarımız da şəhadətə yüksəlibsə, Nuru Paşanın aslanları Azərbaycanın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq: “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir. Dəyərli qardaşlarımız Nuru Paşanın Qafqaza gəldiyi dönəmdə ermənilər 12 mindən çox türkü qətl ediblər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq qiyam baş verib. Türk millətinə dil uzadanlar öncə Azərbaycana baxmalıdır. Həm də 100 il əvvələ deyil, 30 il bundan əvvəl Xocalıda, Qarabağda baş verənlərə baxmalıdır. Amma bunların gözləri var, görməz, qulaqları eşitməz. Qəlbləri onsuz da pas tutub. İndi gəlsinlər, Füzulini görsünlər. Buraların sağı-solu necə yandırılıb, dağıdılıb, görsünlər. Dünən yol boyu buraların vəziyyətini gördük”.

“Ermənilər gələndə işğalçı, gedəndə dağıdıcıdırlar. Sadəcə, bu fakt belə Qarabağın kimin torpağı olduğunu göstərir”.

Türkiyə Prezidenti bildirib ki, azərbaycanlılar 30 il əvvəl yurdlarını tərk etmək məcburiyyətində qalanda evlərini yıxmayıb, dağıtmayıblar: “Çünki öz evlərini yıxa bilməzdilər. Azərbaycanlılar indi onların dağıtdıqlarını bərpa edəcəklər. Bərabər yeni bir Qarabağ quracağıq, bərpa edəcəyik. Qarabağ dünyanın ən gözəl bölgələrindən, mədəniyyətinə görə də dünyanın ən gözəl yerlərindən biridir. İnşallah yenə elə olacaq. Türkiyə olaraq bu dönəmdə də Azərbaycanın yanında yer almağa davam edəcəyik”.

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo