Rəsmi səhifə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqaz regionundakı vəziyyətdən danışıb.
"Anadolu Agentliyi"nin mlumatına görə, Nyu-Yorkdan qayıdarkən təyyarədə jurnalistlərin sualların cavablandıran Prezident bildirib ki, regionun müsbət istiqamətdə dəyişiləcəyinə inanır.
"İğdırdan Azərbaycana dəmiryolu daxil olmaqla yol çəkmək çox vacibdir. Bu yolun inşası çox əhəmiyyətli addım olacaq. Biz beş, yaxud altı ölkədən ibarət platforma yaratmağı təklif etmişik. Hazırda Paşinyandan bu məsələylə bağlı müsbət siqnallar gəlir. İndi bu müsbət signallarla yanaşı biz bəzi addımlar atacağıq. Bir sözlə, mən inanıram ki, biz regionu müsbət tərəfə doğru dəyişdirə biləcəyik".
Ərdoğan bildirib ki, bu mövzunu o, Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edəcək.
"Biz regionda sülh quruculuğu üçün imkan əldə edəcəyik. Bu, bu ayın sonunda Vladimir Putinlə keçirəcəyimiz görüş zamanı müzakirə edəcəyimiz məsələlər arasında da yer alcaq. Beləliklə, Türkiyə-Rusiya əlaqələri yeni və çox güclü impuls əldə etmiş olacaq".
Açıq mənbələrdən götürülüb
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?