Siyasət

Ərəstun Oruclu: "Paşinyan qalsa, Rusiyanın hərbi bazalarını ölkədən çıxaracaq"

3 İyun, 2021
1248

Açıq mənbələrdən götürülüb

“Bölgədə maraqların toqquşması var. Bu, Ermənistan və Azərbaycan üçün sərhəd münaqişəsi, böyük dövlətlər üçünsə geosiyasi mübarizədir”. 

Politoloq Ərəstun Oruclu “Toplum TV”-yə açıqlamasında belə deyib.

Son günlər Ermənistan və Azərbayacan münasibətləri qeyri-müəyyən şəkildə inkişaf etməkdədir; münaqişə tərəfləri sərhəd mübahisəsi edir, Rusiya bölgədəki vəziyyəti nizamlamağa çalışdığını deyir, ABŞ tərəfləri sülhə səsləyir, Fransa isə Ermənistana açıq dəstək verməkdən çəkinmir.

2 gün əvvəl Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Paris səfər edib. 

Yelisey sarayında media təmsilçiləri qarşısında çıxış edən Paşinyan Makronu payızda Yerevana dəvət edib. O, iki ölkə arasında xüsusi münasibətlərin olduğunu, Ermənistanın daima Fransanın və prezident Makronun şəxsi dəstəyini hiss etdiyini vurğulayıb.

Makron isə Azərbaycanı Ermənistanın suveren ərazisindən çıxmağa çağırıb.

Ərəstun Oruclu - Sosial Media

Bəs Paşinyan bu dəfə Fransadan daha ciddi dəstək ala biləcəkmi? 

Politoloq Ərəstun Oruclu hesab edir ki, Fransanın mövqeyi  birmənalı olaraq Ermənistanın müdafiəsinə yönəlib: “Səfər əsnasında Baş nazirin birinci müavinin işçi qrupda Ermənistanın fəaliyyətini dayandırdığını etiraf etməsi təsadüfü deyildi. Paşinyan açıq-aşkar qərbyönümlü kurs götrürüb və bütün vasitələrlə çalışır ki, qərb dövlətlərini, xüsususilə də Minsk Qrupunun həmsədrlərini münaqişənin həllinə bu və ya digər şəkildə cəlb edə bilsin”.  

Bu görüşdən bir müddət əvvəl isə Paşinyan sərhəd münaqişəsinin tənzimlənməsi üçün beynalxalq müşahidəçiləri (ABŞ, Fransa) münaqişənin həllində vasitəçi olmağa səsləmişdi.

Ə.Oruclunun sözlərinə görə,  Qərb Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır: “Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, atacağı ciddi addımlardan biri Rusiya hərbi bazalarını ölkədən çıxartmaq olacaq. Bu isə Rusiyanın Cənubi Qafqazda digər mövqelərinin zəifləməsi deməkdir. Qərb bu məsələdə maraqlıdır. Ermənistan və Azərbaycan ərazisində yerləşdirilən “sülhməramlı” adlandırılan Rusiya hərbi kontingenti bölgədə hərbi platforma və kommunikasiyalara nəzarət etmək imkanı yaradır. Buna görə də Qərb də Rusiyanın qarşısını almaqda maraqlıdır, Paşinyansa bu situasiyada ən uyğun tərəfdaş kimi görünür”.

Ə.Oruclu Paşinyanın Paris səfərinin təsadüfü sayılmadığını vurğulayır: “Ermənistanda qarşıdan gələn seçkilərdə siyasi və beynalxalq dəstəyin ifadəsini göstərmək üçün bu səfər lazım idi. Fransa bu addımı atdığına görə belə məlum olur ki, bu qabaqcadan razılaşdırılmış siyasi razılaşmadır”.

Bölgəyə beynalxalq müşahidəçilərin dəvət olunması kimin xeyrinədir? 

Politoloq deyir ki, sərhəd münaqişəsində digər dövlətlərin vasitəçiliyindən istifadə edilməsi Azərbaycan və Ermənistan arasında ikitərəfli razılaşma əsasında mümkün ola bilər: "Azərbaycan buna razılıq vermədiyi təqdirdə həmin müşahidəçilər Ermənistan sərhəsində yerləşdirilə bilər. Bu da Azərbaycanın əleyhinə işləyəcək. Çünki ABŞ-ın da, Fransanın da Azərbaycana münasibəti  kifayət qədər mənfidir. Etiraf etmək lazımdır ki, belə münasibətin səbəbi Azərbaycan və Rusiya arasında olan işbirliyidir. Bu işbirliyi qısa müddətdə bizim maraqlarımıza xidmət etsə də, milli maraqlarımıza tam ziddir. Əslində bölgəyə vasitəçilərin gəlməsi bizim maraqlarımıza uyğundur. Bu halda ən azından münaqişənin siyasi-diplomatik mərhələsinin  həlli uzanacaq. Yəni sülh vəziyyətinin uzanması son nəticədə tərəfləri 26 illik disskusiya vəziyyətinə qaytaracaq”.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. 

44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Dağlıq Qarabağın bir hissəsinin Rusiya sülhməramlıları və Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo