Siyasət

Erməni deputat: Paşinyanla Əliyev arasında görüşə hazırlıq gedir

26 İyul, 2022
170

Açıq mənbələrdən götürülüb

Yerevan və Bakı Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşə hazırlaşır. 

"Sputnik Ermənistan" xəbər verir ki, bu barədə iyulun 26-da Ermənistan parlamentinin deputatı, beynəlxalq münasibətlər daimi komissiyasının sədri Eduard Ağacanyan məlumat verib.

Siyasətçinin sözlərinə görə, artıq hər iki ölkənin diplomatları qarşıdan gələn danışıqların detallarını müzakirə etməyə başlayıblar. Amma təfərrüatlar hələ də gizli saxlanılır.

"Mən konkret tarix deyə bilmərəm", - Ağacanyan bildirib.

https://toplum.tv/dunya/erdogan-ermenistanla-munasibetlerin-normallasmasi-barede-qirmizi-xettimiz-var

2022-ci ilin mayında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin iqtisadi və nəqliyyat təcridinə son qoymaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamaq qərarına gəlib. Tezliklə həm Yerevan, həm də Bakı sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradıblar, həmçinin sülhün bağlanması şərtlərini müzakirə etməyə başlayıblar.

Bir müddət əvvəl Ermənistan tərəfi Ermənistan qoşunlarının Dağlıq Qarabağ bölgəsindən çıxarılacağını açıqlayıb

Siyasət

İlham Əliyev: “Qisas” əməliyyatı cəza tədbiri idi

12 Avqust 2022

Rəsmi səhifə

"Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyib.  "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama Prezident həmçinin bildirib ki, Azərbaycan...
Siyasət

Şəmkirdə əməliyyat, vəzifəli şəxs saxlanıldı

12 Avqust 2022

Rəsmi səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Bu barədə avqustun 12-də Baş Prokurorluqdan məlumat verilib.  Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparıldığı qeyd olunub.   

Seçilmiş Videolar

Toplum TV loqo