Siyasət

Erməni jurnalistə Bakıya gəlmək üçün akkreditasiya verildi

10 İyun, 2021
86

Sosial Media

Erməni jurnalist Nobel Arustamyana futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək matçlarını izləmək üçün akkreditasiya verilib. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram-kanalında məlumat verib.

Zaxarovanın sözlərinə görə, məsələyə UEFA qarışandan sonra Arustamyana zəruri icazə verilib. 

Bir neçə gün əvvəl Rusiyanın “Matç Tv” kanalının baş redaktoru Tina Kandelaki kanalın idman şərhçisi Nobel Arustamyana Bakıdakı oyunları şərh etmək üçün Azərbaycanın akkreditasiya verilmədiyini iddia etmişdi. Kandelaki bildirmişdi ki, Arustamyan Azərbaycan hökumətinin icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün akkreditasiyadan məhrum edilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov erməni jurnalistə məhz bu səbəbdən lazımi icazənin verilmədiyini təsdiq etmişdi. 

“Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”, - deyə AFFA rəsmisi qeyd etmişdi. 
 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar