Siyasət

Erməni KİV: Qarabağda döyüşlər gedir

3 Avqust, 2022
1047

Açıq mənbələrdən götürülüb

"Azərbaycanın minaatan və dron hücumu nəticəsində 7 əsgər yaralanıb".

Bu barədə avqustun 3-də "Armenpress" portalı məlumat yayıb. 

Laçın dəhlizi yaxınlığında gedən döyüşlər zamanı Qarabağda xidmət edən 7 erməni əsgərinin yaralandığı, birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

""Artsax (Qarabağdakı qondarma rejimin ermənicə adı - red.) hakimiyyəti vəziyyəti sabitləşdirmək üçün Rusiya sülhməramlı kontingenti ilə birgə tədbirlər gördüklərini bildirib", - deyə məlumatda bildirilib. 

Azərbaycan Müdafiə Nazirliyi hələlik məsələylə bağlı rəsmi açıqlama verməyib. 

https://toplum.tv/siyaset/xin-qarabagda-esgerin-sehid-olmasiyla-bagli-beyanat-yayib

Son günlərdə Qarabağ regionunda vəziyyət yenidən gərinləşib. Bu gün Azərbaycan Müdafiə Nazirliyi Laçın istiqamətində bir hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. 

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlamasında demişdi ki, rəsmi Bakının Laçın dəhlizini başqa marşrutla əvəz etmək tələbi qanunsuzdur. Halbuki iyulun 29-da Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Laçın dəhlizinə alternativ olacaq M-12/-Teh-Kornidzor avtomobil yolunun yenidən qurulması üzrə işlərə 2022-ci ilin avqustunda başlanacağı bildirmişdi. 

Qriqoryan açıqlamasında deyib: "Bəli, inşaata artıq başlanılıb, amma nəzərə alın ki, üçtərəfli bəyanatda yeni marşrut xəttinin çəkilməsi planından bəhs edilir. Razılaşdırılmış belə plan isə yoxdur. Ermənistan Respublikası artıq üçtərəfli formatda planı təsdiqləmək, imzalamaq və razılaşdırılmış qrafikə və yol xəritəsinə uyğun olaraq irəliləməyi təklif edib. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə də məhz bu nəzərdə tutulur".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo