Rəsmi səhifə
Azərbaycanla Ermənistan arasında imzalanması gündəmdə olan sülh müqaviləsində Qarabağın ermənilər yaşayan hissəsi ilə bağlı tələb irəli sürülməyəcək.
"Novosti-Armeniya" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağdakı separatçı rejimin nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Simonyan bildirib ki, Dağlıq Qarabağla bağlı bəndin tətbiqi “Azərbaycanın güzgü tələbləri irəli sürməsinə səbəb ola və sülh müqaviləsini heçə çevirə bilər".
Simonyanın açıqlamaları və sülh danışıqları fonunda daha bir açıqlama isə Qarabağdakı erməni seperatçılarından gəlib.
Özünü Qarabağdakı qondarma rejimin xarici işlər naziri kimi təqdim edən David Babayan Ermənistan mətbuatına açıqlamasında deyib ki, heç bir halda Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasının əleyhinə deyillər, "amma başa düşməliyik ki, "Artsax"ın Azərbaycanın bir hissəsi kimi tanınması Qarabağ və bütün ermənilər üçün qəbuledilməzdir".
""Artsax"ı Azərbaycanın tərkibinə zorla salmaq cəhdi iki varianta gətirib çıxaracaq - ya müharibəyə, qan tökülməsinə, soyqırıma, ya da ermənilərsiz "Artsaxa". Bu, bütün dünyaya bir mesajdır. İndi biz demokratik ölkələrə müraciət edirik. Praqada demokratiya qalaları deyilən şeylər var və biz deyirik: əgər Qarabağ-Azərbaycan münaqişəsinin həlli prosesində demokratik ictimaiyyət iştirak edirsə, deməli bizim mövqeyimiz çox aydındır - əgər bu demokratik dünya bizi Azərbaycanın bir parçası hesab edirsə, onda bu onlar üçün bir damğa olacaq, çünki "Artsax"ın soyqırımı da bu siyasətin nəticəsi olacaq. Biz bunu açıq deyirik” - deyə Babayan iddia edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?