Siyasət

Ermənilər Laçın şəhərini və Zabuxu tərk edir – “İnsanların hissləriylə oynamaq nəyə lazım idi?”

Samirə Əli
11 Avqust, 2022
771

Açıq mənbələrdən götürülüb

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi başa çatıb.

Bu gün, avqustun 11-i Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən məlumata görə, aparılan tikinti işləri artıq yekunlaşıb.

Yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyulunda başlanılmışdı. Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bunun 10 km-i Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yol yoxuşlarda 3, digər hissələrdə isə 2 hərəkət zolaqlıdır.

Erməni mediası yazır ki, Laçın şəhəri və Zabux sakinləri artıq köçməyə hazırlaşırlar. Onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verilib.

“Joxovurd” qəzeti:  Laçının Azərbaycana qaytarılacağı bəlli olsa da, Ermənistan əraziyə 300 min dollar sərmayə qoyub.

https://toplum.tv/siyaset/azerbaycanli-turistler-ermenistanda-hansi-hallarda-sefer-etmek-mumkundur

Ermənistan “Joxovurd” qəzeti yazır ki, Laçının Azərbaycana qaytarılacağı əvvəlcədən bəlli olsa da, Ermənistan son vaxtlaracan bu ərazilərə sərmayə qoymaqda davam edib:

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra bu ərazilərin də təslim edilməli olduğu artıq bəlli idi. Yəni, bu ərazilərdən çəkilmə təxminən iki il əvvəl məlum olsa da, bu müddət ərzində kəndə külli-miqdarda investisiya qoyulub, məktəb, uşaq bağçası yenidən tikilib. Söhbət təxminən 300 min dollar sərmayədən gedir”, – deyə qəzet yazıb.

Özünü Zabux kənd şurasının başçısı kimi təqdim edən Andranik Çavuşyan qəzetin müxbiri ilə söhbətində son il yarım ərzində kəndə müxtəlif investisiyaların qoyulması barədə məlumatı təsdiqləyib: “Əgər kəndin Azərbaycana qaytarılacağı məlum idisə, o zaman sərmayələr və insanların hissləriylə oynamaq nəyə lazım idi?”

Andranik Çavuşyan

“ Qraparak” nəşri: "Zabuxda və Laçında yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul etsələr, bölgədə yaşaya bilərlər”.

Hazırda Laçın şəhəri və Zabux kəndində 350 erməni yaşayır. Nəşr yazır ki, əhalinin mübarizə aparmağa gücü yoxdur, onlar artıq köç qərarı ilə barışıblar və əşyalarını toplayırlar. Bəziləri hətta qəbir daşlarını yığışdırır,yenidən basdırmaq üçün qəbirlərdən bir ovuc torpaq götürür, evləri sökdürür, mümkün olan hər şeyi götürürlər ki, yeni yerdə həyata sıfırdan başlamasınlar.

Məqalədə vurğulanır ki, sakinlərə evləri yandırmamaq tapşırılıb. Əks halda Azərbaycan tərəfi digər yaşayış məntəqələrinə su və elektrik verilməsini dayandıracaq.

Nəşr daha bir maraqlı məqama toxunub. Belə ki, Zabuxda yaşayan 56 ailədən 7-si Azərbaycanın təklif etdiyi şərtlərlə qalmağa razılaşıb. Ermənistan hakimiyyəti onların həyatı və təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımayacaq.

Digər ermənilər isə Ermənistana köçməyə hazırlaşır. Andranik Çavuşyan özü isə müvəqqəti olaraq Xankəndinə köçəcəyini bildirib:

“Kənddən köçürülmə prosesi sürətlə gedir. Evakuasiya edilənlərə hətta müvəqqəti yaşayış yeri də təklif edilib. Ermənistana köçənlərə mənzil almaq üçün 10 milyon dramlıq sertifikat (təxminən 25 min dollar) vəd edilib”, - deyə Çavuşyan əlavə edib.

Laçın dəhlizində “etnik təmizləmə”, yoxsa?

Jurnalist Şahin Rzayev öz sosial media hesabında yazır ki, bəzi erməni həmkarlar Azərbaycanın “Laçın dəhlizində etnik təmizləmə” aparmağa hazırlaşdığını yazır, ”amma Laçına doldurulan erməni qaçqınların Ermənistan hakimiyyətinin alətinə çevrildiyini unudublar”.

“1994-cü ilə qədər Laçında və Zabux kəndində nə qədər erməni yaşadığını soruşduqda, qaçaraq “bu elmə məlum deyil” cavabını verirlər. Amma  1989-cu il SSRİ-nin siyahıya alınmasının məlumatları var, Laçın rayonunun əhalisinin 99%-ni azərbaycanlılar təşkil edirdi. Bura 1992-ci ilin mayında qaçqın düşmüş müsəlman kürdlər də daxildir.

Növbəti mübahisə isə Ağavno kəndi (Zabux) ilə bağldır.  “Hayastan Fondu” bir neçə yeni ev tikdirdi və Suriya, Livan və Azərbaycanın bəzi bölgələrindən olan qaçqınlar orada məskunlaşdılar. Böyük humanitar təşəbbüsdür. Bəs “Hayastan Fondu” həqiqətən də erməni qaçqınlarının qayğısına qalırdısa, qonşu Qorisdə də analoji qəsəbə sala bilməzdimi? Niyə insanlar özlərinə aid olmayan Laçını doldurmaq üçün siyasi oyunların girovuna çevrilməli idilər? Üzr istəyirik, onlar Ermənistan hakimiyyəti və diaspora tərəfindən aldadılıblar”, - deyə Rzayev qeyd edir.

“Laçın şəhərində və Zabuxda ermənilərin qalması qanuna ziddir”

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Laçın şəhərində və Zabux kəndində ermənilərin qalması Azərbaycan qanunlarına ziddir.

https://toplum.tv/dunya/reisi-pasinyana-iran-qafqaz-regionunda-serhedleri-deyisdirmek-cehdlerine-qarsi-cixacaq

“Çünki onlar əslinə qalsa, cinayət törədiblər. Onların əksəriyyəti digər ölkələrdən gələn ermənilərdir. Bu da hərbi cinayətlərdən biridir, çünki süni şəkildə işğal olunmuş ərazilərdə süni şəkildə vəziyyəti dəyişmək cinayətin bir növüdür. Bu insanlar da həmin cinayətin aləti olublar. Azərbaycan ərazi bütövlüyünə qarşı cinayət tərkibli əməllər törədiblər. Yəni qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olublar, orada məskunlaşıblar və Ermənistanın Azərbaycana işğalını qəbul etməklə cinayət ediblər. Hesab edirəm ki, bu cür insanlara bizdə qanun əsasında davranılmalıdır, onları işğalçı kimi öz əramizdən rədd etməliyik”.

Tofiq Zülfüqarov - BBC

Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev öz “tvitter” hesabında Robert Silinin 1992-ci ilin mayında Laçın/Zabux kəndinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində gedən reportajını paylaşıb və “Əlyazmalar yanmaz” deyə vurğulayıb.

"Times" qəzetindən skrinşot

10 Noyabr Atəşkəs Bəyanatının 6-cı bəndində Laçın dəhlizi ilə bağlı aşağıdakı müddəa qəbul olunub:

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo