Siyasət

Ermənistan Azərbaycan və Türkiyəyə yol verməyə hazırdır

14 Oktyabr, 2021
63

Rəsmi Səhifə

"Ermənistan yol verməyə, Azərbaycan və Türkiyənin bu yollardan hərəkət üçün istifadə edə bilməsindən ötrü bütün mövcud yolları açmağa hazırdır. Amma bütün bu yollar Ermənistanın suveren nəzarəti altında olacaq".
 
"Turan"-ın məlumatına görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın "Tasnim" agentliyinə açıqlamasında bildirib.
 
"9 noyabr və 11 yanvar tarixli bəyanatların məntiqi ilə Ermənistan Asiya ölkələri, eləcə də Rusiya ilə əlaqə saxlamaq üçün Azərbaycan ərazisindən istifadə etmək imkanı əldə edəcək. Başqa sözlə, Azərbaycanın avtomobil və dəmir yolu infrastrukturundan istifadə etmək imkanımız olacaq. Öz növbəsində Azərbaycan da Naxçıvanla əlaqə saxlamaq üçün Ermənistanın yollarından istifadə etmək imkanı əldə edəcək", - o deyib.
 
İnfrastrukturun açılması Naxçıvana dəmir yolu vasitəsilə Yerevandan İrana və oradan Fars körfəzi - Çabahar limanına qədər getməyə imkan verəcək. İran həmçinin Yerevan, Tbilisi ilə əlaqə saxlamaq imkanı əldə edəcək, eləcə də Avropaya mal və xidmət ixrac edə biləcək. “Ermənistanda yolların açılmasını belə görürlər”, - Qriqoryan deyib.
 
Eyni zamanda o, Azərbaycandan Naxçıvana gedən yolun Laçın dəhlizi kimi eyni statusa malik olacağını istisna edib.15:44

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar