Siyasət

Ermənistan Azərbaycana hava məkanını açdı, bəs Azərbaycan? - "Bu cür yeniliklər yeni dövrün başlanğıcı ola bilər"

Nigar Səmədli
15 Sentyabr, 2021
2019

Rəsmi səhifə

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, biz hansı məntiqlə  hava məkanımızı onun üçün açmalıyıq?” 

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan-Ermənistan arasında hava məkanının açılması ehtimalları ilə bağlı “Toplum TV”-yə danışarkən belə deyib. 

“Ankara və Bakı Yerevandan xoş niyyət jestinə cavab verməyə tələsmir. Ermənistan hava məkanını qonşu dövlətlərə açsa da Türkiyə və Azərbaycan oxşar addımı atmadı”. 

Bu məlumat isə sentyabrın 13-də "Sputnik Ermənistan"da yayımlanan məqalədə yer alıb. Müəllif Artyom Yerkanyanın yazdığına görə, diplomatik münasibətlərin olmamasına baxmayaraq, Türkiyə təyyarələri həmişə Ermənistan üzərindən uçub və Yerevan heç vaxt buna müdaxilə etməyib. Amma Türkiyə heç bir səbəb olmadan, dəfələrlə Ermənistanda qeydiyyatdan keçmiş təyyarələr üçün hava məkanını bağlayıb. 

Yazıda qeyd olunur ki, keçən il iyulun 24-də Türkiyə Ermənistanın tranzit texniki uçuşuna icazə verməkdən imtina edib. Sentyabrın 9-da isə Türkiyə gözlənilmədən Ermənistanda qeydiyyatdan keçmiş bütün təyyarələrin öz hava sahəsinə girişini qadağan edib. 

"Flight Radar" resursunun məlumatına görə, bu ilin sentyabrın 4-də "Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Gəncədən Naxçıvana uçuş yerinə yetirib. 

TK326 reysi üzrə saat 9:57-də Gəncədən havaya qalxan təyyarə saat 10:32-də Naxçıvana eniş edib. Məlumata görə, təyyarə Göyçə gölü və Göyçə vilayəti üzərindən uçuş icra edib. 

AZAL-ın açıqlamasında isə deyilir ki, uçuş Beynəlxalq Mülki Aviasiya Təşkilatının hava nəqliyyatı ilə bağlı qaydaları çərçivəsində baş tutub. 

Fəzail Ağamalı - Sosial Media

Ermənistan hava məkanını Azərbaycana açandan sonra Azərbaycanda da eyni addımı ata bilərmi? 

Milli Məclisin deputatı Fəzail Ağamalı deyir ki, hazırkı məqamda bu mümkün deyil: “Azərbaycan Ermənistan üçün hava məkanını o zaman açmalıdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və sülh müqaviləsinə imza atsın. Düşmən ölkə Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, biz hansı məntiqlə  hava məkanımızı Ermənistan üçün açmalıyıq? Mən bu məntiqi qəbul etmirəm”.  

Digər deputat Razi Nurullayev də iki ölkə arasında hava məkanının açılması üçün Ermənistanın bəzi öhdəlikləri yerinə yetirməli olduğunu vurğulayır: “Əgər Ermənistan Azərbaycanla əməkdaşlıq etmək  və kommunikasiyaların açılması üçün danışıqlara başlamaq istəyərsə, bunun üçün Azərbaycan torpaqlarına olan iddialarından əl çəkməli, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarına maneçilik törətməməli, o cümlədən 10 noyabr bəyanatının müddəalarına əməl etməlidir. O zaman bu məsələ gündəmə gələ bilər. Hazırkı məqamda isə mən bunun üçün ciddi əsas görmürəm. Ermənistan hələ də Azərbaycanla ultimatum dilində danışır, 10 noyabr razılaşmasının müddəalarını pozur”.  

Razi Nurullayev - Rəsmi səhifə

Millət vəkili Türkiyə-Ermənistan hava sərhədləri ilə bağlı isə fərqli düşünür: “Türkiyə ilə Ermənistan arasında hava sərhədlərinin açılması bizim üçün o mənada yaxşı ola bilər ki, Ermənistana qarşı təzyiq mexanizmləri işə düşsün və onu müəyyən məsələlərdə razılığa gətirmək mümkün olsun. Bu həm də Azərbaycanın haqq işinin Ermənistan tərəfindən qəbul olunması üçün əsas yarada bilər. Amma Azərbaycan tərəfindən sərhədlərin açılaraq Ermənistana peşkəş edilməsi və ermənilərə şərait yaradılması üçün onlar tərəfindən bizə verilən hansısa stimul yoxdur”.  

İqtisadçı Natiq Cəfərli isə iki ölkə arasındakı hava yollarının açılmasının faydalı olacağı qənaətindədir: “Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması və ümumiyyətlə münasibətlərin normallaşması üçün Azərbaycan tərəfi də təklif verib. Danışıqlar çərçivəsində hava məkanının açılması yönündə addımların atılmasını müsbət qarşılamaq lazımdır, bu cür yeniliklər hər iki ölkə üçün yeni dövrün başlanğıcı ola bilər. Ermənistan tərəfindən uçuşların təhlükəsizliyi, hava məkanından istifadə ilə bağlı zəmanətlər verilərsə, Azərbaycan və Türkiyə də buna bənzər addımlar ata bilər.

Ümumilikdə bölgəmizdə sülh və əmin-amanlığın bərpası üçün gələcəkdə sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması kimi addımlar müsbət dəyərləndirilməlidir”. 

Razi Nurullayev - Sosial Media

Ekspert deyir ki, sözügedən məsələnin həm Azərbaycan, həm də Ermənistan üçün faydaları olacaq: “Hava marşrutlarının açılması iqtisadi cəhətdən sərfəlidir, amma əsas məsələ gələcəkdə normallaşma və psixoloji sərhədlərin aşılması yolunda dəstək olmasıdır”.  

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 
 
Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vəkillər Bəxtiyar Hacıyevlə görüşə buraxılmadı

29 Yanvar 2023

Sosial Media

Yanvarın 28-də vəkillər Zibeydə Sadıqova və Elçin Sadıqovun Bəxtiyar Hacıyevlə görüşünə imkan verilməyib.  Toplum TV xəbər verir ki, bu barədə vəkillər sosial mediada açıqlama veriblər. Vəkillər bildirib ki, onlara təcridxanada dezinfeksiya işləri aparıldığını və buna görə görüşün mümkün olmadığını bildiriblər. Zibeydə Sadıqova bundan əvvəlki açıqlamasında Bəxtiyar Hacıyevin səhhətinin ağır olduğunu bildirmişdi. Onun sözlərinə görə, Hacıyev həbsxanaya girəndən 12.5 kiloqram çəki itirib.  "O, tez-tez huşunu itirir, nəfəs darlığı yaranır. Ayaq üstə dura bilmir", - vəkil "Amerikanın Səsi"-nə deyib. Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən isə "Amerikanın Səsi"nə bildiriblər ki, Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir. İctimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın...
Siyasət

İran Prezidenti İlham Əliyevə zəng etdi

28 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Bu gün  yanvarın 28-də İran Prezidenti  İbrahim Rəisi İlham Əliyevə zəng edib. Topum TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib,  yaralananların tezliklə şəfa tapmasını arzulayıb. Öz növbəsində İlham Əliyev səfirliyə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb. Məlumatda həmçinin qeyd olunub ki, Əliyev səfirliyin digər...

Seçilmiş Videolar

Toplum TV loqo