Siyasət

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı

7 Oktyabr, 2022
238

President.az

Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. 

Bu barədə bəyanat dünən, oktyabrın 7-si axşam saatarında Praqa görüşündə qəbul olunub. 

Bəyanat Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilib.

Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqdirlər. 

“Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.

Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - etimad yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir” - deyə bəyanatda qeyd olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

“Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə fəallar və hüquq müdafiəçiləri bəyanat yaydı

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Milli Məclisinin müzakirəsinə çıxarılan “Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə ictimai-siyasi fəallar və insan hüquqları müdafiəçiləri birgə bəyanat verib.  Toplum TV xəbər verir ki, bəyanatda qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququ və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd olduğu və vətəndaşların siyasi iradəsinin boğulmasına yönəldiyi bildirilir. "Hesab edirik ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o...
Siyasət

“Siyasi partiyalar haqqında” qanun layihəsi qəbul edildi

29 Noyabr 2022

Rəsmi səhifə

Bu gün, noyabrın 29-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Milli Məclisin rəsmi saytı məlumat yayıb.  Bildirilir ki, qanun 6 fəsil və 30 maddədən ibarətdir. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.  https://toplum.tv/iqtisadiyyat/berber-derzi-ve-taksi-suruculerinin-odeyeceyi-tibbi-sigorta-haqqi-melum-oldu Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək. Həmçinin layihəyə əsasən, seçkilərdə parlamentdə yer qazanmayan bütün partiyalar da maliyyə yardımı alacaq. Qanun layihəsi ilə ətrafı buradan tanış ola bilərsiniz: Siyasi partiyalar haqqında qanun 

Seçilmiş Videolar

Toplum TV loqo