Siyasət

Ermənistan Azərbaycanla danışıqların detallarını açıqladı

22 Oktyabr, 2021
861

Rəsmi səhifə

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada keçirilən üçtərəfli görüş barədə danışıb. 

"Rusarminfo.ru" resursunun oktyabrın 22-də verdiyi məlumatına görə, Qriqoryan bildirib ki, oktyabrın 20-də keçirilən Rusiya, Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin görüşündə regionda kommunikasiyaların açılmasının necə həyata keçiriləcəyini müəyyənləşdirmək məsələsi müzakirə olunub. 

"Biz infrastrukturun mümkün olduğu qədər tez açılmasına, yəni bütün mövcud yolların açılmasına imkan olduğuna ümid edirik", - deyə Təhlükəsizlik Şurasının katibi deyib və əlavə edib ki, söhbət mövcud kommunikasiyaların, dəmiryolu və avtomobil yollarının açılmasından gedir. 

Qriqoryan həmçinin qeyd edib ki, Azərbaycana Ermənistanın suveren ərazisindən dəhlizin verilməsi barədə danışıqlar aparılmır və aparılmayacaq: "Əgər Bakının məntiqi ilə yanaşsaq, onda Ermənistan da Azərbaycanın istədiyi kimi dəhlizdən Asiya ölkələri ilə əlaqə yaratmaq üçün əldə etməlidir".

Qriqoryan demarkasiya prosesinin də hələ başlamadığını bildirib. Onun sözlərinə görə, tərəflər güzgü prinsipi ilə qoşunlarını geri çəkməli, bundan sonra da delimitasiya və demarkasiya proseslərinə başlamalıdırlar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo