Ermənistan Azərbaycanla nə vaxt sülh müqaviləsi imzalayacaq? - Paşinyanın silahdaşından açıqlama
Aysor
Ermənistan Azərbaycan tərəfinin təzyiqiylə heç bir sülh müqaviləsi imzalamayacaq. Bu ssenari sadəcə olaraq istisna edilir.
Bu sözləri iyulun 1-də "Sputnik Ermənistan" saytına açıqlamasında Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyasının üzvü Ruben Rubinyan deyib.
Bununla belə, Rubinyan Azərbaycanın yalnız Dağlıq Qarabağın statusunu tanıyacağı təqdirdə "Ermənistanın məmnuniyyətlə sülh sazişinə imza atacağını" bəyan edib. Bu ssenaridə "Azərbaycan Dağlıq Qarabağın ərazi bütövlüyünü tanımalıdır".
Paşinyanın yaxın çevrəsindən sayılan Rubenyan açıqlamasında "Zəngəzur dəhlizi" məsələsinə də toxunub. Onun sözlərinə görə, Ermənistanın suveren ərazisindən heç bir dəhliz keçməyəcək. O, 9 noyabr Atəşkəs sazişində dəhliz barəsində hansısa müddəanın olmadığını qeyd edib.
Bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana "sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə hörmət və beynəlxalq norma və prinsiplərə" riayət etməklə əlaqələri normallaşdırmağı təklif etmişdi. Bundan başqa, rəsmi Bakı Dağlıq Qarabağ mövzusunun onun üçün qapandığını və sülh sazişinin imzalanması üçün heç bir maneə görmədiyini bəyan etmişdi.
Toplum Tv
president.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”