Siyasət

Ermənistan Cəlal Harutyunyanın sui-qəsdçilərini axtarır

30 İyul, 2021
355

Açıq mənbələrdən götürülüb

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “müdafiə naziri” Cəlal Harutyunyanın vurulmasını araşdıran cinayət işi Ermənistan İstintaq komitəsinin kriminalistika idarəsinə verilib. 

Bu barədə bu gün, iyulun 30-da “Jovoxurd” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, Harutyunyanın vurulması epizodu İkinci Qarabağ müharibəsi ilə bağlı digər əhəmiyyətli işlərlə birləşdirilib.

Nəşrin əldə etdiyi məlumatlara görə, Harutyunyana sui-qəsdlə bağlı hələ də ittiham olunan yoxdur, əldə olunan ifadələr isə natamamdır. Bununla belə, qəzetin iddiasına görə, hətta bu ifadələr də göstərir ki, “nazir”in hərəkət istiqaməti haqqında məlumatları Azərbaycan özü əldə edə bilməzdi. 

İkinci Qarabağ müharibəsi zamanı separatçı qüvvələrə rəhbərlik edən Harutyunyan oktyabrın sonlarında Azərbaycanın "Qisas" adlandırdığı əməliyyat çərçivəsində PUA zərbəsiylə öldürülüb. Bundan sonra o, vəzifəsindən azad edilib.

Azərbaycan tərəfi onun öldürüldüyünü bildirir, erməni tərəfi isə ağır yaralandığını. Erməni tərəfinin iddialarına baxmayaraq, II Qarabağ müharibəsindən sonra C. Harutunyan sağ olmasını əks etdirən hər hansı məlumat paylaşılmayıb. Eləcə də o, ictimaiyyət arasında gözə dəyməyib.  

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar