Rəsmi səhifə
Ermənistan hökuməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hansı sülh sazişi haqqında danışmasından məlumatsızdır.
Bunu avqustun 6-da Ermənistan hökuməti "hetq.am" saytının Baş nazir Nikol Paşinyana ünvanladığı sorğuya cavab olaraq bildirib.
"İlham Əliyev iyulun 22-də ölkə KİV-lərinə müsahibəsində bildirib ki, Azərbaycan Ermənistana sərhədlərin demarkasiyası haqqında danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif edib.
"Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun", - Əliyev deyib.
Onun sözlərindən belə təəssürat yaranır ki, sülh sənədinin artıq ilkin variantı hazırdır, Rusiya və Türkiyənin iştirakı ilə Azərbaycan tərəfindən hazırlanıb və Yerevana göndərilib", - saytın xəbərində qeyd olunub.
Ermənistan hökuməti isə belə bir sənədin mövcudluğunu inkar edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər