Siyasət

Ermənistan hökuməti separatçı rejimə 290 milyon yardım göstərəcək

25 Yanvar, 2022
496

Rəsmi səhifə

Ermənistan hökuməti 2022-ci ildə Qarabağdakı separatçı rejimə 144 milyard dram (təqribən 290 milyon dollar) yardım edəcək. 

"Sputnik Ermənistan" xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Yerevanda separatçıların lideri Araik Harutunyanı qəbul edərkən söyləyib.

“44 günlük müharibədən sonra Ermənistan hökuməti "Artsax"ın sosial-iqtisadi problemlərinin həllində daha fəal iştirak edir. "Artsax"ın 2022-ci il üçün büdcəsi də rekord həcmə çatıb, bu da mühaibədən sonrakı bərpa işlərini nəzərə aldıqda tamamilə təbiidir”, - deyə Paşinyan söyləyib.

Baş nazir bildirib ki, 2021-ci ildə Ermənistanın yardımı 100 milyard dramdan çox (200 milyon dollardan artıq) olub. Onun sözlərinə görə, müharibədən sonra əsas narahatlıq sosial vəziyyətlə bağlı idi, amma birgə səylər nəticəsində savaş sonası böhranı adlamaq mümkün olub.

Araik Harutunyan isə öz növbəsində bildirib ki, onlar Ermənistan hökumətinin və onun hər bir üzvünün dəstəyini hər zaman hiss ediblər. Onun sözlərinə görə, Ermənistan tərəfinin göstərdiyi nəhəng kömək sayəsində Qarabağdan əhali köçünün qarşısını almaq mümkün olub.

Harutunyan əlavə edib ki, 2022-ci ildə ayrılan yardım sayəsində həm mənzil problemini həll etmək, həm də Badara su anbarını tikmək və Badara-Xankəndi su kəmərini çəkmək mümkün olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo