Siyasət

"Ermənistan Soçi razılaşmalarının həyata keçirilməsindən qazanacaq"

2 Dekabr, 2021
241

Un.org

Soçidə noyabrın 26-da keçirilən üçtərəfli görüşün yekunu olaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri əvvəlki öhdəliklərini və razılaşmalarını təsdiq ediblər. Bu, regional kommunikasiyaların, iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlıdır. 

Bu barədə "Turan" agentliyinə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Soçi görüşünün yekunlarını şərh edərkən bildirib.

"Nəqliyyat kommunikasiyalarının açılması haqqında əvvəlki razılaşmalar Ermənistandakı siyasi vəziyyətlə əlaqədar həyata keçirilməmişdi. Baş nazir Paşinyan siyasi rəqiblərinin, ilk növbədə Qarabağ klanının, daşnakların və ABŞ-ın erməni diasporunun hücumuna məruz qalmışdı", - deyə Brayza bildirib.

O, həmçinin qeyd edib ki, Soçi görüşü Moskvanın Cənubi Qafqazda əsas oyunçu olduğunu və prosesi sona qədər çatdırmaq niyyətində olduğunu göstərib.

Rusiya prezidentinin Paşinyana ünvanlanmış, iqtisadi əlaqələr və əməkdaşlıq bərpa ediləcəyi təqdirdə Ermənistanın böyük mənfəət əldə edəcəyi haqqında qeydi də əhəmiyyətli idi. "Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərsə böyük investisiyalar əldə edəcək və təkcə regional layihələrə deyil, həm də beynəlxalq layihələrə inteqrasiya edə biləcək", - deyə diplomat qeyd edib.

Tərəflərin Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamaq barədə razılığı da çox böyük əhəmiyyət kəsb edir. Bu, sərhəddə çoxsaylı döyüşlərə və insan itkilərinə son qoya bilər. 

"Düşünürəm ki, ATƏT-in Minsk Qrupu bunun həyata keçirilməsində böyük rol oynaya bilərdi. Rusiya, ABŞ və Fransa bunda vahid rol oynamalıdır. Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşə gəlincə, Avropa İttifaqı da artıq əldə edilmiş razılaşmaların irəlilədilməsində və həyata keçirilməsində öz müsbət rolunu oynamalıdır. Bu, həmçinin Fransa üçün obyektiv oyunçu olduğunu, birtərəfli, ermənipərəst mövqe tutmadığını sübut etmək şansıdır", - deyə Brayza qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo