Ermənistana görə daha bir ukraynalı müğənninin Bakı konserti ləğv edildi
Açıq mənbələrdən götürülüb
Ukraynalı müğənni Tina Karolun Bakı konserti ləğv edilib.
Bu barədə sentyabrın 19-da "iTicket.az" "instaqram" hesabında məlumat verib.
“15 noyabrda keçirilməyi nəzərdə tutulan Tina Karol konserti ləğv edildi! Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur!”, - paylaşımda deyilir.
T. Karol "instaqram" hesabında Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalardan sonra erməni tərəfə dəstək olmuş və "Erməni həyatları əhəmiyyətlidir" başlığıyla şəkil paylaşmışdı.
Bundan əvvəl erməni tərəfə dəstək verən digər ukraynalı müğənni Maks Barskixin Bakı konserti də ləğv olunmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə