Siyasət
Ermənistanda Qarabağda itkin düşən hərbçilərlə bağlı aksiya
23 Noyabr, 2020
Baxış: 158
Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşən hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirir.

Bu barədə "Sputnik Ermənistan" xəbər verir. 

Etirazçılar keçmiş müdafiə naziri David Tonoyanın onların suallarına cavab verməsini tələb edirlər.

Onlar itkin düşən hərbçilər, xüsusən də Azərbaycanın bölgələrində olanlar barədə məlumat almaq istəyirlər.

Valideynlər itkin düşənlər arasında yaralıların olduğuna əmindirlər.

Etirazçılarla "Mənim addımım" blokundan Ermənistan parlamentinin deputatı Andranik Köçəryan görüşüb. 

O bildirib ki, qaldırılan məsələlər saat 16: 30-da müzakirə ediləcəyək, bundan sonra xalqa bu barədə məlumat veriləcək.

Köçəryan jurnalistlərə açıqlamasında məsələnin Rusiya rəhbərliyi ilə müzakirə olunduğunu deyib. 

Hazırda etirazçılar Müdafiə Nazirliyinin binası qarşısında izahat gözləyirlər.
Siyasət

Cavad Zərif Bakıya gələcək

20 Yanvar, 2021
İranın xarici işlər naziri Cavad Zərif yaxın günlərdə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək. Bu barədə yanvarın 20-də IRNA agentliyi məlumat yayıb. İranın XİN rəhbəri jurnalistlərə açıqlamasında səfərlərin tarixinin artıq müəyyənləşdiyini bildirib. O, koronavirus test mənfi çıxarsa, yaxın günlərdə Qafqaza və Rusiyaya yola düşəcəyini deyib. Cavad Zərif rəsmi ziyarətlərinin Dağlıq Qarabağ böhranının həlli və bölgədə əmin-amanlığın yaradılması üçün nəzərdə tutulduğunu açıqlayıb.
Siyasət

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə gələnlərə bu qayda məcburi olacaq

20 Yanvar, 2021
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq. Bu barədə Azərbaycanla Türkiyə  arasında qarşılıqlı vizadan azad etmə haqqında 2020-ci il fevral 25-də imzalanmış sazişə dəyişikliklər edilib. Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir. Mənbə:"report.az"
Seçilmiş Videolar
Menu