Siyasət

Ermənistanın müharibə naziri niyə həbs olundu?

4 Oktyabr, 2021
934

Açıq mənbələrdən götürülüb

“David Tonoyan məğlub olan ordunun müdafiə naziri kimi tarixə düşdü. Düşünürəm ki, Ermənistan cəmiyyəti üçün, elə Azərbaycan üçün də onun həbsi yaxşı haldır. Bu az da olsa, ümid verir ki, Ermənistan rəhbərliyi müharibə çağırışlarına qarşı preventiv addımlar atır. Bu perspektivdən baxanda, baş verənlər Azərbaycan üçün yaxşı tendensiyadır”.
 
"Müdafiə Xətti" təşkilatının həmtəsisçisi, ictimai fəal Zaur Əkbər “Toplum TV”-yə Ermənistan Müdafiə naziri David Tonoyanın həbsini belə şərh edib. O, nazirin həbsini Azərbaycan və Ermənistan arasında baş tutması gözlənilən dialoq fonunda olduqca vacib addım hesab edir.

Zaur Əkbər - Sosial Media
Zaur Əkbər - Sosial Media


 
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, Ermənistanın sabiq müdafiə naziri David Tonoyana ordu üçün silah-sursatın alınması zamanı yol verilən pozuntular səbəbindən cinayət işi açılıb. Sabiq nazirlə yanaşı "Patron David" ləqəbiylə tanınan silah alverçisi David Qalstyan da saxlanılıb. Tonoyan və Qalstyan 2,8 milyard dramlıq (təxminən 4,6 milyon dollar) mənimsəmədə, ictimai təhlükə törədən fəaliyyətdə və saxtakarlıqda şübhəli bilinirlər.
 
David Tonoyan 2018-ci ilin mayından 2020-ci ilin 20 noyabrına qədər Ermənistanın müdafiə naziri olub. O, Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə dövründə müdafiə qurumunun başında yer alıb. Müharibə başa çatandan sonra Tonoyan da daxil olmaqla Ermənistan hökumətinin bir çox üzvləri vəzifələrindən istefa veriblər.
 
D.Tonoyan Ermənistanda daha çox “Miatsum” ideyasının ikonu kimi tanınır. Ermənistandan politoloq Aşot Safaryan bildirib ki, Ermənistanın keçmiş müdafiə naziri D. Tonoyana (və iş adamı, silah alverçisi David Qalstyana) cinayət işinin açılması çoxlu suallar yaradır: “Tonoyan olduqca ikonik fiqurdur, 44 günlük müharibə zamanı müdafiə cəbhəsinə rəhbərlik edən və əlbəttə ki, döyüşlərin gedişi ilə bağlı bütün məlumatlara sahib şəxsdir”.
 
Ermənistanın keçmiş prezident Robert Koçaryan isə hələ bu həbsdən əvvəl ölkəsinin V kanalına verdiyi müsahibəsində David Tonoyanı müharibə dövründəki təxribatçı açıqlamalarına görə tənqid etmişdi. Onun fikrincə, münaqişə başlamazdan əvvəl, Tonoyanın "Yeni ərazilər üçün yeni müharibələr" kimi açıqlamaları təkcə Azərbaycanı deyil, Türkiyəni də qıcıqlandırıb. Beləcə, Türkiyə müharibədə Azərbaycana güclü dəstək verib. "Hər şey erməni tərəfinin iyul ayında Tavuşda (Tovuz) sərhəd münaqişəsinə səbəb olması ilə başladı”, - Koçaryan deyib.
 
Paşinyan Tonoyana niyə öz komandasında yer vermişdi?

Paşinyan və Tonoyan - sosial media


 
Z.Əkbərin fikrincə, Nikol Paşinyan öz komandasında D.Tonoyana Ermənistan cəmiyyətinə mesaj vermək üçün, Qarabağın işğalçıların əlində saxlanılması üçün yer vermişdi: “Amma görünür, o mərhələ arxada qalıb və bölgədə yeni situasiya yaranıb. Tonoyan da həmin situasiyaya adekvat şəxs olmadığı üçün avtomatik olaraq həm istefaya göndərildi, həm də ki, həbs olundu”.
 
Zaur Əkbər hesab edir ki, David Tonoyanın həbsi Ermənistan cəmiyyətinin daxilinə hesablanmış addım ola bilər. O, bu addımda Ermənistanın 44 günlük müharibədəki uğursuzluğunu bir növ “malalamaq” cəhdinin də olduğunu deyir: “Tonoyan müharibədən öncə Azərbaycana qarşı ərazi iddiaları ilə rəsmən çıxış edən biri olub. Görünür, korrupsiya iddiası ilə həbs olunubsa, Ermənistan ordusundakı təchizat çatışmazlığını da onun boynuna qoyacaqlar”.
 
Ermənistanda isə bir sıra politoloqlar nazirin məhz indi həbs olunmasının arxasında bəzi məqamlar olduğunu iddia edirlər. Politoloq Suren Surenyan “Sputnik Ermənistana” müsahibəsində belə deyir: “Mənim üçün maraqlıdır ki, niyə indi Tonoyanı “götürməyə” qərar verdilər. Hüquq-mühafizə orqanlarının əməkdaşları iddia edilən cinayət haqqında yalnız indi öyrəniblər?”
 
Bəzi iddialar görə isə, hökumət xarici təzyiqlərin erməni cəmiyyətinə nüfuzunu azaltmaq üçün daxilə hesablanmış addımlar atır. Hərbi ekspert Narek Nersisyan isə 44 günlük müharibə ilə bağlı yüzlərlə və minlərlə cinayət işinin araşdırıldığını və məhz indi istintaq üçün lazımlı sübutlar toplanıldığını deyib.

Nəsimi Məmmədli - Sosial Media


 
Siyasi şərhçi Nəsimi Məmmədli isə hesab edir ki, Ermənistanın sabiq müdafiə nazirinin həbsində rəsmi qaydada korrupsiya faktı əsas göstərilsə də, digər amillər də istisna deyil: “Xüsusilə də yüksək rütbəli hərbiçilərin üzərində dövlətin nəzarət və təzyiq mexanizmi işə salınıb. Paşinyan hökuməti müharibədəki uğursuzluğun, məğlubiyyətin səbəbi kimi dəfələrlə hərbiçiləri hədəfə alıb. Bununla müharibədəki siyasi-hərbi məğlubiyyətin məsuliyyətini öz üzərindən qismən atmağa və hərbçilərin revanşist hərəkətlərini nəzarət altına almağa nail olub. Ekspert deyir ki, Ermənistanda hərbiçilər əsasən Rusiyaya bağlıdır və Koçəryan-Sarkisyan cütlüyünə daha çox sadiqdirlər və buna görə də, Paşinyan hökuməti bütün imkanlardan istifadə edərək bu təhlükəıni zərərsizləşdirir".
 
Ötən ilin sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında 44 günlük müharibə başlayıb. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərfli bəyanata əsasən döyüşlər dayandırılıb. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan işğal altındakı ərazilərin böyük hissəsinə nəzarəti bərpa edib. Döyüşlərdən sonra Ermənistan ordusunda bir sıra istefalar baş verib və cinayətlər işləri açılıb.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo