Siyasət

Ermənistanın XİN başçısı: "Yalanlarla yaşamağa son vermək lazımdır"

28 Yanvar, 2022
111

Açıq mənbələrdən götürülüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük müharibəni böyük özünü aldatmanın nəticəsi hesab edir.

“Sputnik Ermənistan” xəbər verir ki, o, bu barədə “Yerablur” hərbi məzarlığında jurnalistlərlə söhbətində deyib.

“Yalanlarla yaşamağa son vermək lazımdır. Başımıza gələn faciə böyük özünü aldatmağın nəticəsidir. Reallığın gözünə baxmaq, bir-birimizlə açıq, heç nəyi gizlətmədən danışmaq lazımdır”, - Mirzoyan bildirib.

Nazir müxalifətin Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq barədə danışıqlara yönəlik tənqidlərinə cavab vermək istəmədiyini bildirib. “Danışıqlar barədə parlament və digər tribunalardan hər şeyi danışıram”.

Jurnalistin “hərbçilərin ölümündə günahkar olan ölkələrlə necə danışıqlar aparmaq olar” sualına “əlbəttə, ümummilli qırmızı xətlər var ki, onları keçmək olmaz, amma təəssüf ki, biz qonşu ölkə ilə uzun konflikti olan nə ilk, nə də  son ölkəyik” cavabını verən Mirzoyan Ermənistanın uzunmüddətli və sabit sülhə kökləndiyini iddia edib.

28 yanvar Ermənistanda ordu günü kimi qeyd olunur və qeyri-iş günüdür. Hökumət üzvləri bu münasibətlə “Yerablur” hərbi məzarlığını ziyarət ediblər.

Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər
Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.

Seçilmiş Videolar

Toplum TV loqo