Açıq mənbələrdən götürülüb
Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 32.5, 311 (rüşvət almaya köməkçilik etmək) maddəsiylə ittiham olunurlar.
https://toplum.tv/sosial/vekil-elcin-sadiqovun-evinde-ve-ofisinde-axtaris-olub-prokurorluga-aparilib
Onların vəkilləri bildirib ki, prokurorluq cinayət təqibini KİV-də və sosial mediada yayılan məlumatlar əsasında başlayıb və işdə konkret şikayətçi yoxdur.
Məhkəmə qərarlarından apellyasiya şikayətləri veriləcək.
Bir neçə gün əvvəl "haqqin.az" portalının baş redaktoru Eynulla Fətullayev sosial media hesabında iddia etmişdi ki, Ə.Zeynallı sentyabrın 3-də hədə-qorxuyla həbsdə olan biznesmen Rasim Məmmədovun ailəsindən 20 min manat pul tələb edib.
Əvəz Zeynallı "yutub" kanalında bu iddiaları rədd etmiş və bunların böhtan olduğunu bildirmişdi.
İttihamda adı keçən vəkil Elçin Sadıqov da "Haqqin.az" saytının yazdıqlarını qara-piar adlandırmışdı. Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır. O, bunun sadəcə azad sözə hücum olduğunu vurğulamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb