Siyasət

Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı mətbuat konfransı keçirildi

Roza Məmmədova
12 Sentyabr, 2022
121

Toplum TV

Sentyabrın 12-də "Müsavat" Partiyasının qərargahında jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı mətbuat konfransı keçirilib. 

Tədbir hüquq müdafiəçisi Rüfət Səfərov, Fikrət Cəfərli, fəal Bəxtiyar Hacıyev, İlkin Rüstəmzadə, yazıçı Kəramət Böyükçöl və digərlərinin təşkilatçılığı ilə baş tutub. 

Onlar ilk öncə vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının şənbə günü baş tutan həbsini pisləyiblər. 

“Elçin Sadıqov Azərbaycanda insan hüquqlarını müdafiə edən, beynalxalq təşkilatların da sözünə istinad etdiyi tanınmış vəkildir. Onun həbsi vəkillik insitutuna qarşı atılmış addımdır. Əvəz Zeynallı isə müstəqil fəaliyyət göstərən, tanınmış  jurnalistdir. Görünür, hakimiyyət müstəqil fəaliyyəti həzm edə bilmir, ona görə belə çirkin oyun qurulub. Hər iki şəxs ictimai-siyasi fikrin formalaşmasında xüsusi çəkisi olan adamlardır. Məhz buna görə də onların hər ikisinin həbsinə etirazlar var. Ümid edirəm ki,  hakimiyyət təmsilçiləri bundan nəticə çıxaracaq”, - deyə hüquq müdafiəçisi Fikrət Cəfərli bildirib. 

https://toplum.tv/siyaset/prokurorluq-evez-zeynalli-ve-elcin-sadiqovun-hebsi-ile-bagli-melumat-yaydi

Çıxış edən jurnalist Ləman Əşrəf qızı Əvəz Zeynallının həbsindən narahat olduğunu və bunun dövlət adına utanc olduğunu bildirib. 

Tədbirdə E.Sadıqov və Ə. Zeynallının hüquqlarının qorunması haqqında qərar verilib. 

Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb. 

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur. 
Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunurlar. 

E. Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi. 

E. Sadıqov və Əvəz Zeynallı özlərini təqsirli bilmir, ittihamın uydurma olduğunu deyirlər. 

E. Sadıqov saxlanılmasını siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir və iddia edir ki, məhz buna görə cəzalandırılır. 

Vəkilin sözlərinə görə, Ə. Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər də yalandır. 

O hesab edir ki, ona qarşı aparılan bu kampaniya qara piardır və azad sözə hücumdur. 

Ə. Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.

Siyasət

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat: saxlanılanlar var

4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə oktyabrın 4-də Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Siyasət

Həbs edilmiş siyasi mühacir aclıq aksiyasına başladı

4 Oktyabr 2022

Sosial Media

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb.  "Turan" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb. Anar Əliyev iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo