Siyasət

Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilmədi

Samirə Əli
13 Sentyabr, 2022
548

toplum TV

İki gün öncə saxlanılan "Xural TV"nin təsisçisi, jurnalist Əvəz Zeynallının həbsindən apellyasiya şikayəti təmin edilməyib.

Vəkil Aqil Layıcın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qaldırılan vəsatətlər təmin edilməyib:

"Nə onun ev dustaqlığına buraxılması barədə tələbimiz qəbul olundu, nə də apellyasiya şikayətimiz. Şikayətdə bildirmişdik ki, Ə.Zeynallıya tətbiq olunmuş həbs qəti imkan tədbiri ləğv edilsin.

Eyni zamanda biz həm prokurorluqdan, həm də məhkəmədən tələb etmişdik ki, müsadirə olunmuş Avropa Məhkəməsinin Əvəz Zeynallıya təyin etdiyi pul kompensiyasiyası və "youtube" kanalından əldə etdiyi gəlir geri qaytarılsın. Bunlar da təmin olunmadı".

Vəkilin sözlərinə görə, Ə.Zeynallı hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılır. 

A.Layıc həmçinin bildirib ki, Əvəz Zeynallı saxlanılma şəraitindən narazı deyil və səhhəti qaydasındadır. 

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-dan 11-nə keçən gecə saxlanılıblar. Ə. Zeynallı "Baku Steel Company"-nin sabiq rəhbəri, həbs olunmuş iş adamı Rasim Məmmədovun ailəsindən hədə-qorxu yoluyla rüşvət almaqdan, Elçin Sadıqov isə buna vasitəçi olmaqda təqsirləndirilir.

https://toplum.tv/multimedia/senbe-gecesi-hebs-elcin-sadiqov-ve-evez-zeynallini-nece-tutdular

İttihamlara "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayevin iddiaları səbəb olub.

Baş prokurorluq əməkdaşlarının Zeynallı və Sadıqovun evlərində apardığı axtarış əməliyyatları nəticəsində əşyalar və sənədlər müsadirə edilib. 

Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə hər iki şəxs barədə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Tehran İsrail Prezidentinin Azərbaycan səfərinə münasibət bildirib

Toplum TV
31 May 2023

Rəsmi səhifə

“Sionist rejimin heç bir regional fəaliyyəti İran İslam Respublikasının diqqətindən yayınmır" Toplum TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfərini şərh edərkən bildirib.  "Hörümçək toru etibarsızdır və onun regional mövcudluğunu genişləndirmək uğrunda mübarizə “saxta rejimin” sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək. Bütün dünyada insanlar sionist rejimə nifrət edirlər, onun gələcəyi yoxdur”, - deyə Kənani "Tvitter" hesabında yazıb. https://toplum.tv/siyaset/pisrail-prezidenti-azerbaycana-resmi-sefere-gelibp İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfəri 30-31 may tarixlərinə təsadüf edib. Burada o, Prezident İlham Əliyev başda olmaqla bir sır rəsmi şəxslərlə görüşlər keçirib, yerli yəhudi icması ilə görüşüb, həmçinin paytaxtda...
Siyasət

Co Bayden: ABŞ Azərbaycanın yanında olacaq

31 May 2023

Reuters

ABŞ Cənubi Qafqazda stabilliyə, ölkələrin suverenliyinə və müstəqilliyinə dəstəyinə sadiq qalır Toplum TV xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan və Bakı Enerji Həftəsinin açılışında itirak edən ABŞ dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.  Onun sözlərinə görə, ABŞ Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni təqdir edir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir. Payettin çıxışından sonra ABŞ Prezidenti Co Baydenin tədbir iştirakçılarına müraciəti səsləndirilib. ABŞ lideri bildirib ki, son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar.  "Bu əməkdaşlığımız beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir....

Seçilmiş Videolar

Toplum TV loqo