Siyasət

Fransa Azərbaycanla bağlı daha bir qətnamə qəbul etdi - Bakıdan reaksiya

1 Dekabr, 2022
426

Açıq mənbələrdən götürülüb

Fransa Milli Assambleyası

Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycana qarşı qətnamə qəbul edib. 

Toplum TV xəbər verir ki, noyabrın 30-da qəbul edilən sənəddə "erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunması, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları davam etdirərsə, fərdi sanksiyaların tətbiqi" tələb olunur. 

Səsvermədə 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə isə səs verən olmayıb.

Anoloji qətnamə bir müddət əvvəl Fransa Senatında da qəbul olunmuşdu.  

https://toplum.tv/siyaset/makron-azerbaycani-ittiham-edib-ermenistani-tek-qoymacaqlarini-bildirib

Bu gün, dekabrın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı açıqlama yayıb.

XİN bildirir ki, Azərbaycan əleyhinə qəbul edilmiş "yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır".

"Qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir", - deyə nazirliyin açıqlamasında vurğulanıb. 

Prezident İlham Əliyev də bir müddət əvvəl  Fransanın Azərbaycanla bağlı siyasətini tənqid etmişdi.

O, dekabrın 7-də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Nikol Paşinyanla keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını, bunun səbəbinin isə Ermənistanın baş nazirinin Fransa Prezidenti Emmanuel Makronun da görüşdə iştirakını tələb etməsilə bağlı olduğunu bildirmişdi. 

Əliyev bəyan etmişdi ki, Paşinyanın Brüssel görüşündə Makronun da iştirakını tələb etməsi sülh danışıqlarını pozmaq cəhdidir.

https://toplum.tv/siyaset/putin-makronu-tenqid-edib-eliyevle-pasinyani-rusiyaya-devet-edib

Fransanın Azərbaycanla bağlı siyasətinə isə Əliyev belə reaksiya vermişdi: 

"Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır, - deyə Prezident vurğulayıb və əlavə edib ki, bütün bunlar nəzərə alınsa, Fransa sülh danışıqlarında iştirak edə bilməz: Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo