Siyasət

Fransa polisi Vidadi İsgəndərlini zərərçəkmiş kimi tanıyıb

22 İyun, 2022
134

Açıq mənbələrdən götürülüb

Fransa prokurorluğu azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərliyə qarşı cinayət işi açılması haqqında qərarı ləğv edib. 

"Turan"ın məlumatına görə, o, iki gün həbsdə saxlanıldıqdan sonra ötən gecə sərbəst buraxılıb və iyunun 16-da ona qarşı hücum işi üzrə zərərçəkmiş kimi tanınıb. 

Vidadi İsgəndərli bildirib ki, Fransa prokurorluğu onun özünümüdafiə məqsədilə ona hücum edən şəxsləri yaraladığını nəzərə alıb. Bununla belə, hələlik ona hücum faktı ilə bağlı saxlanılan yoxdur.

İsgəndərli hesab edir ki, ona hücum edənlər Mulyuz şəhərinin kriminal "narkobaronlar" məhəlləsinin sakinləri idi. Bununla belə, o hesab edir ki, hücumu Azərbaycan hakimiyyəti "sifariş edib".

Hücum iyunun 16-da axşam saatlarında İsgəndərli evə qayıdarkən baş verib. O, yaralanıb və özünü müdafiə edərək, bıçaqla hücum edənlərdən bir neçəsini vurub.

İsgəndərli sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin açıq tənqidçisidir. 2015-ci ildə o, Azərbaycandan mühacirətə gedib.

Siyasət

Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub

6 İyul 2022

Rəsmi səhifə

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə iyulun 6-da Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - deyə məlumatda qeyd olunub. 
Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...

Seçilmiş Videolar

Toplum TV loqo