Siyasət

Fransa sərhəddəki vəziyyətə görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

13 Sentyabr, 2022
103

Açıq mənbələrdən götürülüb

Fransa Ermənistanla Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Bu barədə "Reuters" Yelisey sarayına istinadən xəbər verir.

Bildirilir ki, Prezident Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığından sonra Yelisey sarayından bildirilib ki, “Fransa vəziyyəti hazırda sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında təqdim edəcək”.

https://toplum.tv/siyaset/iran-beyanat-verdi-serhedlerin-deyisdirilmesi-qebuledilmezdir

Yelisey Sarayı qeyd edib ki, Makron münaqişənin “yalnız danışıqlar yolu ilə” həllinə çağırmaqda davam edir.

"Hər iki tərəflə təmasda olan Fransa prezidenti həmçinin atəşkəs rejiminə ciddi əməl etməyə” və “Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb", - deyə məlumatda qeyd olunub. 

Azərbaycan və Ermənistan sərhədində atəşkəs sentyabrın 13-nə keçən gecə pozulub. Hərbi toqquşmalar nəticəsində hər iki tərəfdən itkilərin olduğu bildirilir. Bakı və Yerevan sərhəddə baş verənlərə görə bir-birini ittiham edir. 

Siyasət

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat: saxlanılanlar var

4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə oktyabrın 4-də Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Siyasət

Həbs edilmiş siyasi mühacir aclıq aksiyasına başladı

4 Oktyabr 2022

Sosial Media

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb.  "Turan" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb. Anar Əliyev iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo