Açıq mənbələrdən götürülüb
Fransa Xarici İşlər Nazirliyi Parisdəki Azərbaycan səfirliyinə hücumdan təəssüfləndiyini bildirib.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakarie Qross "Tvitter" səhifəsində məlumat yayıb.
"Biz Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentdən təəssüflənirik. Fransa hökuməti səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar", - deyə Fransa XİN-in açıqlamasında bildirib.
https://toplum.tv/siyaset/blinken-pasinyan-ve-eliyev-sulhe-hazir-olduqlarini-bildiribler
Bundan əvvəl, sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə erməni qruplar tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə sentyabrın 18-də baş verən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür