Siyasət
Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləmədi
27 Noyabr, 2020
Baxış: 157
Fransa hökuməti "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır. TASS agentliyinin  noyabrın 26-da yaydığı xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Senat noyabrın 25-də qətnamə qəbul edib. Qətnamədə öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin nümayəndəsi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini  xatırladıb – Fransa özünü müstəqil elan etmiş "Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda bildirilib.

Jan-Batist Lemuan qətnaməyə baxış zamanı onu da vurğulayıb ki, Fransanın "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimə fayda verməyəcək, bu, sülh prosesinin irəliləməsinə kömək etməyəcək.
Siyasət

Daha 31 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi

27 Yanvar 2021

Al Jazeera

Daha 31 erməni hərbçisinin meyiti Füzuli rayonu istiqamətindən Ermənistana təhvil verilib. "Sputnik Ermənistan"ın yanvarın 27-də verdiyi məlumata görə, erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edib. İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir və bəzilərinin üzərində sənədlər də var. Azərbaycan daha əvvəl də 30 erməni hərbçisinin meyitini qarşı tərəfə vermişdi. Ümumilkdə, işğaldan azad olunan ərazilərdə indiyədək 1318 erməninin meyitinin tapıldığı bildirilib.
Siyasət

Ramin Quluzadəyə yeni vəzifə verildi

26 Yanvar 2021

PRESIDENT.AZ

Oqtay Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da sərəncam imzalayıb. Prezidentin rəsmi saytının məlumatına görə,  İlham Əliyev digər sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Seçilmiş Videolar