Siyasət
Fransanın baş naziri istefa verib
3 İyul, 2020
589
Fransanın baş naziri Eduard Filipp iyulun 3-də istefa verib.

"Report” TASS-a istinadən bildirir ki, məlumatı Yelisey sarayı yayıb.

Fransa Prezidenti Emmanuel Makron onun istefa ərizəsini qəbul edib.

Xatırladaq ki, 49 yaşlı Eduard Filipp 2017-ci il mayın 15-dən hökumət başçısı vəzifəsində işləyirdi.

O, iyunun 28-də Qavr şəhərinin meri seçilib. Bir müddət əvvəl qalib gələcəyi halda mer işləməyəcəyini bildirmişdi.

Qeyd edək ki, Fransa KİV-i prezident Emmanuel Makronla Eduard Filipp arasında fikir ayrılığının olduğu barədə məlumat yaymışdı. İyulun 2-də Fransa prezidenti koronavirus pandemiyasından sonra ölkədə bərpa işləri fonunda hökumətdə yerdəyişmə edəcəyini açıqlamışdı. 
Siyasət

Sərhəddə azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb?

18 May 2021

Sputnik

Vardenis rayonunda erməni və azərbaycanlı hərbçilər arasında dava olub.  Bu barədə mayın 18-də "Sputnik" Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.  Bildirilir ki, insidentin qarşısı tezliklə alınıb və məsələ böyüməyib.  "Dünən hərbi qulluqçular arasında mübahisə düşüb, ancaq məsələ tezliklə də yoluna qoyulub", - Müdafiə Nazirliyindəki mənbə deyib.  Ermənistanın sosial şəbəkələrində yayılan xəbərlərə görə, iki tərəfin hərbi qulluqçuları tutaşan zaman azərbaycanlılar az qala Ermənistan Hərbi Qüvvələrinin postlarına daxil olublar.  Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik bir neçə gündür ki, davam edir.  Bu gün Rusiya Xarici İşlər Nazirliyi məsələylə bağlı məlumat yayıb.  Nazirliyin press-relizində qeyd olunur ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə...
Siyasət

Co Baydenin müşaviri sərhəddəki gərginliklə bağlı İlham Əliyevə zəng edib

18 May 2021

NPR

"Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir". "Prezident.az" saytının məlumatına görə, bunu ötən gecə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon söhbətində Prezident İlham Əliyev bildirib.   Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib. İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib. Dövlət başçısı Ermənistanın sərhəd...
Seçilmiş Videolar