OC Media
"Freedom House" insan haqları təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” adlı hesabatını açıqlayıb. Hesabatda Orta Asiyadan tutmuş Mərkəzi Avropaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilir.
"Azadlıq Radiosu"-nun məlumatına görə, təşkilat bildirir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.
Burada Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.
Azərbaycan hakimiyyəti isə ölkədə demokratik islahatlar aparıldığını deyir, təməl hüquqların pozulmasıyla bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, onları qərəzli mövqedə ittiham edir.
"Freedom House" Ermənistanı yarı-möhkəmlənmiş avtoritar rejimlər siyahısına salıb. Vaxtilə demokratiya yönündə böyük irəliləyişi qeyd olunan Ermənistan 2018-ci ilin məxməri inqilabından sonra ilk dəfə geriləyib. 2019-cu ildə Ermənistanın hibrid/tranzit rejimə doğru proqres etdiyi bildirilirdi, ötən ilsə geriləyib.
Hesabatda Qırğızıstanın 2020-ci ildə avtoritar idarəçiliyə qayıtdığı vurğulanır.
Gürcüstan tranzit, yaxud hibrid rejimlər sırasındadır. Bu siyahıda Bosniya Herseqovina, Macarıstan, Kosovo, Monteneqro, Moldova, Şimali Makedoniya, Serbiya və Ukrayna yer alıb.
Gürcüstanın reytinqi 2011-ci ildəki səviyyəyə qayıdıb. Bir il sonra “Gürcü arzusu” hakimiyyətə gəlib və hazırda ölkənin hakim partiyasıdır.
Hesabatda deyilir ki, regionda neqativ xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, diqqətçəkən dirəniş nümunələri də var. Türkmənistan, Tacikistan və Azərbaycandan olan və mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspora fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar.
"Jurnalistlər çətin şəraitdə işlərini davam etdirməkdən ötrü innovativ üsullara əl atırlar. Məsələn, Belarusun müstəqil media orqanları hökumətin bloklamasından yayınmaq üçün kütləvi Telegram şəbəkəsinə köçüblər”, – hesabatda deyilir.
Ümumiyyətlə isə 17 il ardıcıl olaraq regionda demokratiyanın ümumi gücünün zəiflədiyi vurğulanır. Hesabat ilk dəfə 1995-ci ildə açıqlanandan bəri demokratiya hesab olunan ölkələrin sayı ən aşağı həddə düşüb.
“Avropa və Avrasiyada demokratiyanın geriləməsi dərin narahatlıq yaradır… Avtoritarizm ancaq milli məsələ deyil, bütün regiona, hətta qitələrə yayıla bilər”, – qurumun Avropa və Avrasiya üzrə tədqiqat direktoru Zselike Csaki açıqlamasında deyib.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?