Siyasət

Fuad Qəhrəmanlının yanına vəkil buraxılmır

5 Avqust, 2020
801
İyulun 23-də həbs edilmiş Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı indiyədək vəkili ilə görüşə bilməyib. Bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, istintaq orqanı vəkillə müqaviləni Qəhrəmanlının ailə üzvlərinin bağlamaması bəhanəsi ilə məhbusa baş çəkməyə icazə verməkdən imtina edir. Avqustun 4-də gün ərzində vəkil görüş üçün icazə gözləyib, amma nəticə olmayıb.

Öz növbəsində, AXCP də hələ Qəhrəmanlının yanına hələ vəkil buraxılmadığını  bildirib. Bu, Qəhrəmanlıya qarşı amansız işgəncələr haqqında məlumatların doğru olması və indi istintaqın işgəncə izlərini gizlətməyə çalışması haqqında şübhələri artırır.

"İstintaq Fuad Qəhrəmanlının qardaşına təzyiq göstərib ki, o, vəkillə müqavilə bağlamasın. Amma bu, imtina üçün əsas ola bilməz, vəkildən yalnız Fuad Qəhrəmanlı özü imtina edə bilər. Order varsa, istintaq mütləq təqsirləndirilən şəxsə vəkil verməlidir”, deyə AXCP-nin məlumatında bildirilir.

Qəhrəmanlının ailə üzvlərindən şərh almaq mümkün olmayıb.

Fuad Qəhrəmanlı iyulun 23-də həbs edilib və CM-in 4 maddəsi, o cümlədən 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddə ilə ittiham olunub.

Bir müddət əvvəl Ombudsman, DİN və Baş Prokurorluq nümayəndələri Qəhrəmanlıya işgəncə verilməsi haqqında iddiaları təkzib ediblər. Amma onun yanına vəkil buraxılmaması işgəncə verilməsi ilə bağlı şübhələri artırır.


turan.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo