Siyasət

G20 ölkələrinin liderləri koronavirus pandemiyası ilə bağlı müzakirələr aparacaqlar

24 Mart, 2020
358
G20 ölkələrinin liderləri martin 26-da video-konfrans edərək dünyada koronavirus pandemiyasının yayılmasını müzakirə edəcəklər.

"Report”  xəbər verir ki, G20 ölkələrinin liderləri bir müddət əvvək ayrı-ayırılıqda video konfranslar edərək koronavirus pandemiyası ilə bağlı müzakirələr aparıblar.

Belə ki, həmin müzakirələrdə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Beynəlxalq Valyuta Fondunun (IMF) dünyada qlobal tənəzzülün gözlənilməsi ilə bağlı məlumatlarına cavab olaraq G20 ölkələrinin "Fəaliyyət Planının” inkişaf etdirilməsi ilə bağlı razılıq əldə ediblər. 

IMF rəhbəri Kristalina Georgiyeva bəyan edib ki, bir sıra ölkələrin fiskal və valyuta sahəsində addımları alqışa layiqdir. Lakin ölkələr fiskal siyasət sahəsində daha çox işlər görməlidir.  
Siyasət

Azərbaycan Rusiyaya nota verdi

1 Avqust 2021

Sosial Media

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz...
Siyasət

Naxçıvan sərhəddində atışma olub

1 Avqust 2021

Açıq mənbələrdən götürülüb

Avqustun 1-də saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bilfirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub (“Report").
Seçilmiş Videolar