Sosial Media
Jurnalist Əvəz Hafiz (Şıxməmmədov) qətlə yetirilib. Hadisə bu gün, fevralın 22-si, saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində, onun yaşadığı evdə baş verib.
Hadisə yerində olmuş jurnalist Teymur Kərimov “Toplum TV”-yə açıqlamasında deyir ki, qətl zamanı Əvəz Hafiz evdə tək olub: “Balaxanıda həyət evində elə qapının ağzındaca başı kəsilib. Mən hadisə yerinə çatanda gördüm ki, meyiti yerdədir. Polislər də ordaydı, məni hadisə yerinə buraxmaq istəmədilər. Telefonumu jurnalistlərə təhvil verib içəri keçdim. Polislərdən heç kəs onu maşına qoymaq istəmirdi. Mənim iştirakımla maşına qoyub Sabunçu rayon 3 saylı xəstəxananın morquna yola salındı”.
Hadisə ilə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri məlumat yayıb. Bildirilir ki, bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
“Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib”,- deyə məlumatda qeyd edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Reuters