Siyasət
“Gəncə işi” üzrə 16 nəfərlik qrupun məhkəmə prosesi - VİDEO
24 İyun, 2020
Baxış: 208
"Gəncə işi” üzrə 16 nəfərlik qrupun məhkəmə prosesi baş tutub

Sentyabrın 12-də Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin "Gəncə işi” üzrə keçirdiyi növbəti 16 nəfərlik qrupun məhkəmə prosesi baş tutub.

6 saat davam edən məhkəmədə vəkillər çıxış edib və təqsirləndirilənlər son sözlərini deyiblər. Lakin hökm oxunmayıb və bir qrupun məhkəmə prosesi 13, digər qrupun işi isə 18 sentyabra keçirilib.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. 

Hüquq-mühafizə orqanları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. 

Səfərovun məhkəməsi başlamadığından o bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda Apelyasiya məhkəməsində araşdırılır. 

Apelyasiya instansiyasında 6 nəfər azadlığa buraxılıb, digərlərinin isə həbs müddəti azaldılıb. 

Məhkəmələrə çıxışışları zamanı həbs olunanlar saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.
 
Hazırladı: Nərgiz Absalamova
 

Siyasət

Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik etdi

22 Yanvar 2021
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp II Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Siyasət

Putin Avropa Birliyi ilə Navalnı məsələsini müzakirə etdi

22 Yanvar 2021
Rusiya Prezidenti Vladimir Putin və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub. Kremldən yanvarın 22-də verilən məlumata görə, telefon danışığı zamanı Şarl Mişelin xahişi ilə Aleksey Navalnı məsələsi də müzakirə edilib. Ancaq müzakirələrin hansı istiqamətdə getdiyi barədə detallı informasiya verilməyib. Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa Biriliyi Şurası arasındakı münasibətlərin vəziyyəti, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb. Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanında həbs olunub. Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi...
Seçilmiş Videolar