Siyasət

"Gəncə məhbusları"nın yaxınları Bakıda aksiya keçirdi

4 May, 2021
102

Milli Məclis

Ona yaxın qadın - "Gəncə məhbusları"nın yaxınları mayın 4-də əllərində məhbusların fotoşəkiləri ilə Milli Məclis binasının qarşısına gəliblər.

Onlar “Gəncə məhbuslarına azadlıq tələb edirik!” şüarı səsləndiriblər. Etirazçılar parlament rəhbərliyi və Gəncədən olan deputatlarla görüş tələb ediblər.

“Parlament seçkilərindən əvvəl Gəncədən olan deputat Musa Quliyev deputat seçildikdən sonra övladlarımızın işi üzrə ədalətli qərar qəbul edilməsinə kömək edəcəyinə söz verib. Amma o mandat alan kimi bizi unudub”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Polis əməkdaşları qadınları zorla avtobusa mindirərək parlament binasından uzaqlaşdırıblar.

2018-ci il iyulun 3-də Gəncənin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfəro onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib, iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarların və digər şəxslərin kütləvi həbsi başlayıb.

Bu hadisələrlə bağlı 70 nəfərə qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilə qədər azadlıqdan məhrum edilib. Təxminən 10 nəfər şərti azadlığa buraxılıb. Səfərovun və daha 11 nəfərin işi üzrə məhkəmə 2020-ci ilin yanvarında başlayıb ("Turan").

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar