Siyasət
"Gəncə məhbusu" həbsxanada vəfat etdi
30 Noyabr, 2020
Baxış: 242
"Gəncə işi" ilə bağlı həbs olunan Müşfiq Qurbanov Bakı İstintaq Təcridxanasında vəfat edib.

Bu barədə M. Qurbanovun ailəsi məlumat verib (APA, 30 noyabr)

Məhbusun meyiti Sabunçu Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertizadan keçirilib.

Bakı İstintaq Təcridxanasından ailəsinə M. Qurbanovun ürək çatışmazlığından öldüyünü deyiblər.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar xidmətdən heç bir açıqlama verilməyib.

Qurbanov Müşfiq Cümşüd oğlu Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılıb, daha sonra 2020-ci il yanvarın 17-də Bakıya gətirilib. 

O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur. 

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.

Hadisə zamanı ağır xəsarət alan Elmar Vəliyev 2018-ci il avqustun 28-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Siyasət

Hakimiyyət “qovulmuşları” geri qaytarır?

Nuranə Atakişiyeva
Aysel Əzizova
27 Yanvar 2021

Sosial media

Azərbaycan hakimiyyəti vaxtilə “qovub” ölkədən çıxardığı beynəlxalq təşkilatları qaytarmağa hazırlaşır? “Toplum TV” Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Orucun məsələnin zərurirətilə bağlı çıxışından sonra meydana gəlmiş bu sualı vətəndaş cəmiyyəti fəallarına ünvanlayıb. Zahid Oruc FOTO: modern.az “Beynəlxalq qurumların Azərbaycana qayıtması üçün hökumət birinci növbədə normativ aktları dəyişməlidir. Ümumisə siyasi mühit və yanaşma dəyişməlidir”. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 5-6 il öncə Azərbaycanı tərk etmiş beynəlxalq təşkilatların ölkəyə qayıtması ilə bağlı danışarkən belə deyir. Tək o yox, vətəndaş cəmiyyətinin digər fəalları da bu qənaətdədirlər. Hüquqşünas Rəşid Hacılı Azərbaycan hakimiyyətinin uzun illər beynəlxalq...
Siyasət

Daha 31 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi

27 Yanvar 2021

Al Jazeera

Daha 31 erməni hərbçisinin meyiti Füzuli rayonu istiqamətindən Ermənistana təhvil verilib. "Sputnik Ermənistan"ın yanvarın 27-də verdiyi məlumata görə, erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edib. İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir və bəzilərinin üzərində sənədlər də var. Azərbaycan daha əvvəl də 30 erməni hərbçisinin meyitini qarşı tərəfə vermişdi. Ümumilkdə, işğaldan azad olunan ərazilərdə indiyədək 1318 erməninin meyitinin tapıldığı bildirilib.
Seçilmiş Videolar