Siyasət

Gəncədə AXCP üzvünə 6 il həbs cəzası verilib

1 Aprel, 2022
220

açıq mənbədən götürülüb

Gəncə Ağır Cinayətlərlər Məhkəməsində narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şahin Hacıyevin işi üzrə proses başa çatıb.

Turan İnformasiya Agentliyinin xəbərinə görə, martın 31-də o, son sözlə çıxış edib, təqsirsiz olduğunu, cinayət işinin saxtalaşdırıldığını bildirib.

"İşdə yazılıb ki, mənim evimdəki şkafda narkotik aşkar edilib. Əslində isə oradan mənim noutbukumu götürüblər",- deyə Ş.Hacıyev bildirib.

O, saxlanıldıqdan sonra etirafedici ifadə verməsi məqsədilə işgəncələrə məruz qoyulduğunu deyib.

Ş.Hacıyevin vəkili Zabil Qəhrəmanov qeyd edib ki, Gəncə İstintaq Təcridxanasında onun bədənində zorakılıq izləri qeydə alınıb. Amma prokurorluq cinayət işi açmaqdan imtina edib.

Vəkil həmçinin məhkəmə istintaqının cəbhəçinin təqsirinin sübuta yetirilmədiyini qeyd edib və müxalifətçiyə bəraət verilməsini xahiş edib.

Lakin məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Ş.Hacıyev 26 noyabr 2021-ci il tarixində saxlanılıb və polis ona qarşı CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürüb.

Hüquq müdafiəçiləri Hacıyevi siyasi məhbus kimi tanıyıblar.

Siyasət

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edildi

19 May 2022

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib. “president.az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev mayın 19-da fərman imzalayıb. Fərmana əsasən, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb. Bildirilib ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək. Hüquq və İnsan Haqları İnstitutunun direktoru deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayevadır. Qurum 1999-cu ildə yaradılmışdı. İlham Əliyev Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsini də ləğv edib. Ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün prezidentin Sərəncamı ilə...
Siyasət

Avropa İttifaqı 14 may aksiyasına münasibət bildirdi

Roza Məmmədova
19 May 2022

Toplum Tv

“Azərbaycanda qanunun aliliyi və fundamental azadlıqların müdafiəsi sahəsində baş verən hadisələri diqqətlə izləyir və mütəmadi olaraq hakimiyyət orqanları ilə aparılan dialoqda öz narahatlığımızı bildiririk”. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə iddiaları ilə bağlı “Toplum TV”nin sorğusuna Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyi belə cavab verib. Əlavə olaraq, bu yaxınlarda Aİ nümayəndəliyinin jurnalist Aytən Məmmədova ilə görüşdüyü xatırladılıb. “Bundan əlavə, Avropa Xarici Əlaqələr Xidmətinin (AXƏX) Mətbuat Katibi Peter Stano mayın 10-da dərc olunmuş “tvit”də xanım Məmmədovaya qarşı edilən hücumu açıq şəkildə pisləyib. O, qeyd edib ki, “jurnalistlər öz işlərini yerinə yetirərkən təhlükədə olmamalı, təhdid...

Seçilmiş Videolar

Toplum TV loqo