Siyasət

Gözlənilən bir həbsin tarixçəsi: “İdeal”ın keçmiş sahibini niyə tutdular?

7 Aprel, 2021
746

Sosial Media

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov haqqında çıxarılan həbs qərarından apellyasiya şikayəti verib.

Yaxınlarının dediyinə görə, o, özünü təqsirli bilmir (“Azadlıq” radiosu).

İ.İsmayılov aprelin 7-də həbs olunub. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifədən ağır nəticələrə səbəb olan sui-istifadə) maddələri ilə ittiham elan edilib.

İ.İsmayılov 2011-2017-ci illərdə 680 min manata yaxın vəsaiti mənimsəməkdə günahlandırılır.

İş adamı xeyli müddət idi ki, “Feysbuk” hesabında ona edilən təzyiqlərdən yazır, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərovu ittiham edərək bildirirdi ki, şirkətini zorla əlindən alıblar.

“İdeal” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib, 2011-ci ilin noyabr ayınadək şirkətin sahibi İ.İsmayılov olub.

İş adamının “FED.az”a dediyinə görə:

2011-ci ilin noyabrında “PremiumBank”ın (keçmiş “Bank Silk Way”) rəhbərliyində təmsil olunan şəxslər ona ortaqlıq təklif ediblər, o da təklifi qəbul edərək, “İdeal”ın səhmlərinin 50 faizini onlara satıb; 

həmin dövrdə “PremiumBank”dan bir neçə dəfə kredit götürüb və hamısını ödəyib; 

2015-ci ildə bank rəhbərliyi “İdeal”ın digər 50%ini də almaq istəyib, rədd cavabı aldığı üçün ona qarşı təzyiqlər başlayıb;

2013-cü ildəki kredit borcları ilə bağlı şərtlər dəyişdirilərək ona aid 50%-lik səhmlərin yarısı girov qoyulub, bank rəhbərliyi manatla verdiyi krediti dollara çevirib, hər ay 250 min dollar olmaqla, ondan 10 aya borcun bağlanmasını tələb edib;

təzyiqlərə görə sonradan həmin 25%-lik paydan da imtina etməli olub;

sonrakı mərhələdə “PremiumBank” yerdə qalan 25%-lik payı da ələ keçirmək üçün onun 2 il əvvəl - 2015-ci ildə 5 milyon manat kredit götürdüyünü iddia edib; 

bundan sonra o, Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edərək sənədlərin saxtalaşdırıldığını bildirib;

həmin vaxt “İdeal”dakı şərikləri şirkətin pullarını mənimsədiyini bildiriərək ondan Korrupsiya ilə Müabrizə İdarəsinə şikayət ediblər, bu şikayət əsasında 2017-ci ilin iyununda həbs edilib, 4 ay Kürdaxanı həbsxanasında saxlanınıb;

həbsdə olduğu müddətdə təzyiqlər davam edib, ailəsi ilə təhdid olunub, 2017-ci il tarixli kredit müqaviləsini imzalayacağı halda cinayət işinə xitam veriləcəyi bildirib və o, nəhayət ki, şirkəti təhvil verməyə razılaşıb; 

təcridxanaya notariat kontorundan nümayəndə göndərilib, ondan etibarnamə alınıb, bazar dəyəri 14,2 milyon manat olan 25%-lik pay bu sənəd əsasında 800 min manata “PremiumBank”ın sədri Elçin Əhmdova satılıb və yalnız bundan sonra azadlığa buraxılıb;

sonrakı dövrdə dəfələrlə rəsmi orqanalara müraciət etsə də, sənədlərin saxta olduğunu sübut edə bilməyib.

Bundan başqa, ötən ilin noyabr ayında İ.İsmayılov özünün “Feysbuk” hesabında AZAL-ın prezidenti Cahangir Əsgərovla  xanımı Zərifə Həmzəyevanın təzyiq və təhdidlərinə məruz qaldığını, nəticədə Samir Əliyevi “İdeal”ın direktoru vəzifəsinə təyin etməyə məcbur olduğunu yazıb. 

“PremiumBank” İlqar İsmayılovun adına saxta kredit müqaviləsi tərtib etmək iddiasını təkzib edib. 2018-ci ilə aid məlumata görə, Zəirfə Həmzəyevanın “Bank Silk Way”dəki payı həmin il 69,7%-dən 84,5%-ə yüksəlib.

 

 

Siyasət

Sərhəddə azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb?

18 May 2021

Sputnik

Vardenis rayonunda erməni və azərbaycanlı hərbçilər arasında dava olub.  Bu barədə mayın 18-də "Sputnik" Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.  Bildirilir ki, insidentin qarşısı tezliklə alınıb və məsələ böyüməyib.  "Dünən hərbi qulluqçular arasında mübahisə düşüb, ancaq məsələ tezliklə də yoluna qoyulub", - Müdafiə Nazirliyindəki mənbə deyib.  Ermənistanın sosial şəbəkələrində yayılan xəbərlərə görə, iki tərəfin hərbi qulluqçuları tutaşan zaman azərbaycanlılar az qala Ermənistan Hərbi Qüvvələrinin postlarına daxil olublar.  Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik bir neçə gündür ki, davam edir.  Bu gün Rusiya Xarici İşlər Nazirliyi məsələylə bağlı məlumat yayıb.  Nazirliyin press-relizində qeyd olunur ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə...
Siyasət

Co Baydenin müşaviri sərhəddəki gərginliklə bağlı İlham Əliyevə zəng edib

18 May 2021

NPR

"Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir". "Prezident.az" saytının məlumatına görə, bunu ötən gecə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon söhbətində Prezident İlham Əliyev bildirib.   Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib. İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib. Dövlət başçısı Ermənistanın sərhəd...
Seçilmiş Videolar