Açıq mənbələrdən götürülüb
Gültəkin Hacıbəyli
Sabiq deputat ağır böhtan atma maddəsi ilə ittiham olunur.
Toplum TV xəbər verir ki, Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.
Məlum olub ki, onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub və haqqında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.
APA-nın məlumatına görə, G. Hacıbəyli Nəsimi rayon Məhkəməsinə aparılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb