Sosial Media
Gürcüstan Baş Prokurorluğu avqustun 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvilinin 2017-ci ildə Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında hakimiyyətin iştirakı olduğu haqqında bəyanatını araşdırmağa başlayıb.
"Turan"-ın məlumatına görə, Qoqaşvili həmçinin parlament seçkiləri zamanı seçicilərin ələ alınması faktlarından bəhs edib. Prokurorluq bütün bu faktları yoxlamağa başlayıb, xəbəri Gürcüstan KİV-ləri yayıb.
https://toplum.tv/dunya/saakasvili-gurcustan-siyasetinden-gedir
Əfqan Muxtarlı "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvilinin əmri ilə oğurlanıb və zorla Bakıya gətirilib, bu barədə iyulun 26-da Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvili bildirib.
Qoqaşvili iddia edir ki, bu iş üzrə bütün dəlillər DTX-nin əməliyyat-texniki departamenti tərəfindən məhv edilib.
2017-ci ilin mayında Gürcüstan güc qurumlarının əməkdaşları Əfqan Muxtarlını oğurlayaraq sərhəddə Azərbaycan tərəfinə təhvil veriblər. Sonradan jurnalist Bakıya gətirilib və 2018-ci ilin yanvarında sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamı ilə altı il müddətinə həbsə məhkum edilib.
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot
Açıq mənbələrdən götürülüb