Meydan TV
”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” ictimai birliyi bu ilin mart ayı üçün növbəti hesabatını təqdim edib.
Hesabatda bildirilib ki, mart ayında Azərbaycanda insan hüquqlarının vəziyyəti daha da pisləşib.
Hesabat dövründə hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları davam edib.
“Ölkədə müxalif siyasi partiyalara, müstəqil ictimai-siyasi fəallara qarşı aparılan qanunsuz həbslər, işgəncə halları, qeyri-insani rəftar və digər hüquqpozmalar əslində hakimiyyətin demokratiyaya və ifadə azadlığına olan münasibətinin göstəricisidir. Görünən odur ki, hakimiyyət nə qədər repressiv metodlar varsa onların hamısından ona qarşı real müxalifətdə olan siyasi partiyalara və ictimai fəallara qarşı tətbiq edir və bu hallar getdikcə də artmaqdadır”, - hesabatda deyilir.
Hesabatda Müsəlman Birliyi Hərakatının üzvü Elşən Abbasovun narkotika ittihamı ilə saxlanmasından, AXCP-nin bir qrup üzvünün saxlanılmasından, ictimai fəal Bəxtiyar Hacıyev hüquqlarını bərpa etmək məqsədilə Daxili İşlər Nazirliyinin qarşısında keçirtdiyi dinc aksiya zamanı polis işçiləri tərəfindən şəxsi avtomobilinin şüşələrinin sındırılmasından və s. bəhs edilir.
Həmçinin, Demokratiya 1918 Hərəkatının ofisinə polis müdaxiləsindən və meclis.info saytının rəhbəri, jurnalist İmran Əliyevin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qanunsuz olaraq saxlanılması barədə məlumat hesabatda yer alıb.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır