Siyasət

Həbs olunan sabiq MTN generalları bu maddələrlə ittiham edilir

6 Aprel, 2021
60

Baş prokurorluq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Bu barədə aprelin 6-da Baş Prokurorluqdan məlumat verilib. 

Məlumatda bildirilir:

"İstintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel 2021

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib. Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub. Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki,...
Siyasət

Media ilə bağlı yeni qanuna ehtiyac varmı?

Nigar Səmədli
9 Aprel 2021

Açıq mənbələrdən götürülüb

“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”. Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib. Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin...
Seçilmiş Videolar