Siyasət

Həbsdə olan AXCP fəalının ailəsi ərzaq ala bilmir

1 Sentyabr, 2021
1571

Sosial Media

Barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun ailəsi ağır sosial duruma düşüb. Bu səbəbdən Hümbətovun həyat yoldaşı hökumətdən yardım istəyir.

“Həyat yoldaşmnı siyası fəallıgına görə şərləyərək 3 aylıq Şüvələn təcridxanasına salıblar. Ailədə 3 körpə üşaq var. Uşaqları evdə qoyub ərzaq dalınca gedə bilmirəm. Zirə qəsəbəsində elə yerdə yaşayırıq ki, yaxında ərzaq dükanları yoxdur, gərək bir necə kilometr məsafə qət edəsən. Uşaqlara məndən başqa baxan yozdur, pulum qurtarıb, nə magazaya gedə bilirəm, nə də getsəm ərzaq almaga pulum yoxdur. Evdə elektrik şəbəkəsi təhlükəli vəziyyətdədir, su cəni axır. Aqili yalan ifadələrlə guya qonşuya hücüm etməsinə görə həbs ediblər. Ərimi zindana salanlar indi uşaqlarının qeydinə qalsınlar. İlham Əliyevə səslənirəm: üc körpə üşaq acdlr. Zirə bələdiyyəsi yardım etmir, kənd icra hakimiyyətində telefon zənglərimə cavab vermirlər. Prezident ailəmizin qeydinə qalsın. Aqili azadlıga buraxsınlar, mən tək balalarımın ehtiyaclarını ödəyə bilmirəm", - Hümbətova "Turan" agentliyinə bildirib.  

Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Putin növbəti dəfə Əliyevə zəng edib

26 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb. Bundan əvvəl Putin Əliyevə oktyabrın 31-də və noyabrın 22-də zəng etmişdi.
Siyasət

Müdafiə Nazirliyi: Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

26 Noyabr 2022

Rəsmi səhifə

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə noyabrın 26-da Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib",- məlumatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo